image-7backend

Paytaxtda avtomobil gənc oğlanı vuraraq xəsarət yetirib

image-reklam_sirab_01

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Veteninfo.az-ın məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb. Atatürk prospektində avtomobil yolu keçən 2001-ci il təvəllüdlü Zeynalov Təhməz Cəbrayıl oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Yaralının vəziyyəti ağır olduğundan o reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki