image-18backend

Prokurorluqda vətəndaşları maraqlandıran suallar cavablandırılıb

image-reklam_sirab_01

Prokurorluq orqanları tərəfindən modern dövrün tələblərinə uyğun olaraq müasir, vətəndaşa yönümlü, onu məmnun edən tədbirlər daim diqqət mərkəzində saxlanılır.

Bu barədə “Report”a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Vətəndaş məmnunluğu və aşkarlığın təmin olunması məqsədilə prokurorluğun fəaliyyət sferaları ilə bağlı vətəndaşları maraqlandıran məsələlərin prokurorluq əməkdaşları tərəfindən videoçarxlar vasitəsilə #prokurorluqdanizah həştəqi altında cavablandırılması həyata keçirilir.

Təqdim olunan video-izah vasitəsilə qurumun Mətbuat Xidmətinin prokuroru Aynur Əfəndiyeva “Fiziki şəxs hansı halda ölmüş elan edilə bilər” sualını cavablandırıb.

Video-izahı izləməklə həmin sualın cavabını öyrənə bilərsiniz.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki