image-9backend

Qaxda qanunsuz ov edən şəxslər saxlanılıb

image-reklam_sirab_01

Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı rayonun Ağçay kəndi ərazisində qanunsuz ov edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan “Report”a verilən məlumata görə, araşdırma zamanı onların Şəki rayonu Cumakənd kənd sakinləri Ramil Şərifov və Çingiz Cəmilov olduqları müəyyən edilib.

Həmin şəxslərdən ov tüfəngi və qanunsuz olaraq ovladıqları çöl heyvanları götürülüb.

R.Şərifov və Ç.Cəmilov barəsində Polis Şöbəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki