image-624a8e9a38b9c624a8e9a38b9d1649053338624a8e9a38b9a624a8e9a38b9b-1backend

Qazaxıstanda qatar relsdən çıxıb, 6 vaqon çaya düşüb

image-reklam_sirab_01

Qazaxıstanın Şərqi Qazaxıstan vilayətində filiz daşıyan yük qatarı relsdən çıxıb.

Bu barədə “Qazaxıstan Dəmir Yolları” açıqlama yayıb.

Şahidlərin sözlərinə görə, hadisə zamanı 10-dan çox vaqon relsadən çıxaraq aşıb, daha 6 vaqon isə İrtış çayına düşüb.

Aprelin 3-də Oskemen-Kumıstau dəmir yolu xətində baş verən insident zamanı ümumilikdə 18 vaqon aşıb.

Həmin vaqonlardan 2-si Rusiya Federasiyasının mülkiyyətində olduğu əlavə olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki