image-17backend

Qubada baş verən ağır yol qəzasında 4 nəfər ölüb, yaralanan var

image-reklam_sirab_01

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Quba rayonu, Zərdabi qəsəbəsində “VAZ” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.

Veteninfo.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1999-cu il təvəllüdlü Allahverdiyev Məhəmməd Kamil oğlunun, 1973-cü il təvəllüdlü Allahverdiyev Kamil Atabala oğlunun və 1969-cu il təvəllüdlü Məmmədrəhimov Şamil Həsənbala oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki