image-12backend

Qusarda avtomobil piyadanı vurub, vəziyyəti ağırdır

image-reklam_sirab_01

Qusar rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Veteninfo.az-ın məlumatına görə, hadisə Həsənqala kəndində qeydə alınıb. Avtomobil yolu keçən piyada, 1981-ci il təvəllüdlü İsmayılov Səxavət Sıxaydın oğlunu vurub.

Yaralı əvvəlcə Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona bəbənin müştərək, qapalı kəllə-beyin travması və baş-beynin ağır dərəcəli əzikləri diaqnozları qoyulub.

S.İsmayılov reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki