image-modern-az-19-04-2021-1618816241backend

“Ramin yeraz” adlı sosial şəbəkə istifadəçisi saxlanılıb

image-reklam_sirab_01

Narkotik vasitələrin təbliğində şübhəli bilinən “ramin yeraz” adlı sosial şəbəkə istifadəçisi saxlanılıb

Sosial şəbəkələrdə “ramin yeraz” kimi qeydiyyatdan keçən şəxsin canlı yayımlar açaraq narkotik vasitələrin təbliğini həyata keçirməsi və ictimaiyyətə yönəlik təhqiramiz ifadələr işlətməsi barədə vətəndaşlardan daxil olmuş çoxsaylı şikayətlər əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən müvafiq tədbirlər görülüb.
Belə ki, paytaxtın Nizami rayon sakini olan Ramin İsmayılov narkotik vasitələrin qanunsuz dövriyəsində şübhəli bilindiyi üçün saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərindən 5,140 qram heroin aşkar edilərək götürülüb. Həmin şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri davam etdirilir.
Şəxs barəsində istintaq müddətində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəmə orqanları qarşısında vəsatət qaldırılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki