image-mahirbackend

Sabiq icra başçısının vəziyyəti ağırdır

image-reklam_sirab_01

“Biləsuvar Rayon İcra Hakimiyyətinin koronavirusa yoluxan və həbsdə olan sabiq başçısı Mahir Quliyevin vəziyyəti stabil ağır olaraq qalır”.

Bununla bağlı Oxu.Az-a açıqlamasında onun vəkili məlumat verib.

Onun sözlərinə görə, M.Quliyevin səhhətində heç bir dəyişiklik yoxdur.

Xatırladaq ki, M.Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin 2020-ci il aprelin 29-da həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

O, Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilərək ittiham elan edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki