Vətəninfo.az xəbər verir ki, bu gün Milli Məclisin plenar iclasında Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı çıxış edərək bildirib ki, qardaş Türkiyədə 14 mayda keçiriləcək seçki öncəsi xaricdə yaşayan Türkiyə vətəndaşları mayın 9-na kimi səfirliklərdə səs verəcəklər: “Mənim bildiyim qədəri ilə Türliyədə son parlament seçkiləri zamanı Azərbaycanda səsvermədəiştirak edənlərin 25 faizi HDP-yə səs vermişdi. Ona görə də Azərbaycan dövləti bu terror təşkilatına dəstək verən partiyanın dəstəkciləri Azərbaycanın hüquq mühafizə orüanları tərədindən nəzarətə götürlüməlidirlər”.