“Qarabağ bölgəsində keçirilən antiterror tədbirləri zamanı Azərbaycanın suverenliyi bütün ərazilərdə bərpa edilib”.
Bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin payız sessiyasının oktyabrın 2-də keçirilən ilk plenar iclasında deyib.
O bildirib ki, antiterror tədbirləri 44 günlük Vətən müharibəsində qazanılan zəfərin məntiqi davamı və yekunudur.