image-reklam-veteninfo
image-1backend

Tokayevdən TikTok-a sərt tənqid: “İnsan beynini öldürən dəhşətli bir şeydir”

image-reklam-veteninfo

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev sosial şəbəkələrin, xüsusilə TikTok platformasının insanların düşüncə tərzinə mənfi təsir göstərdiyini bildirib. O, gənclərin daha çox kitab oxumasına şərait yaradılmasının vacibliyini vurğulayıb.

Vətəninfo.az xəbər verir ki, Tokayev bu fikirləri Moskvada süni intellekt mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı səsləndirib.

Qazaxıstan liderinin sözlərinə görə, müasir dövrdə tənqidi düşüncənin inkişafı üçün kitab oxumaq süni intellektdən istifadədən daha vacibdir. O hesab edir ki, süni intellekt bir çox hallarda məlumatları həddindən artıq sadələşdirərək insanların müstəqil düşünmə qabiliyyətinə mənfi təsir göstərə bilər.

Tokayev xüsusilə TikTok platformasını tənqid edərək onu “insan beynini öldürən dəhşətli bir şey” adlandırıb.

“Gənclərə oxumağı öyrətmək istəyirəm”, – deyə prezident bildirib.

O, həmçinin cəmiyyətdə kitabxanaların sayının artırılmasının vacibliyinə diqqət çəkib.

“Bizdə bir vaxtlar məscid tikmək dəbi var idi. Amma hesab edirəm ki, kitabxanalar tikməliyik”, – Tokayev qeyd edib.

Qazaxıstan Prezidentinin sözlərinə görə, yaxın vaxtlarda Astana və Almatı şəhərlərində sutka ərzində fəaliyyət göstərəcək prezident kitabxanalarının açılması planlaşdırılır.

Tokayevin fikirləri süni intellektin və sosial şəbəkələrin sürətlə yayıldığı bir dövrdə kitab mütaliəsinin, intellektual inkişafın və tənqidi düşüncənin əhəmiyyətinə dair müzakirələri yenidən gündəmə gətirib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki