image-29backend

Salyanda QƏTL

image-reklam_sirab_01

Noyabrın 23-ü saat 21 radələrində Salyan rayon sakini 1992-cu il təvəllüdlü Səbuhi Qasımovun xəsarət alması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Salyan rayon prokurorluğundan Modern.az-a verilən məlumata görə, zərərçəkmişin tanışı 1991-ci il təvəllüdlü Tural Nəzirovun Kür çayının Salyan şəhərindən keçən hissəsi üzərində yerləşən körpünün yaxınlığında şəxsi münasibətlər zəminində aralarında mübahisə yarandığı müəyyən olunub.

 

Bu zaman onun Səbuhi Qasımovun sol döş qəfəsi və baş nahiyəsinə bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr yaranıb.

 

Faktla bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

Tural Nəzirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Rəsmi məlumata görə, hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki