Sarsılmaz dostluq, ədəbi qardaşlıq!
Yüz dörd il əvvəl müsəlman aləmində qurulan Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmamışdır. Cəmi 2 il ömür sürən bu Cümhüriyyət öz müstəqilliyini qoruyub saxlayanmadı və süqut etdi. Yalnız 1990-cı illərin əvvəlində müstəqilliyini bərpa etməyə nail olan Azərbaycan dövləti artıq 30 ildir ki, azad, müstəqil və firəvan yaşayır.
Qardaş ölkə olaraq Türkiyə daima bu illər ərzində Azərbaycanın yanında olmağı bacarmış və öz dəstəyini, qardaşlıq dəstəyini bu 30 il ərzində hər zaman hiss etdirmişdir. Nəyinki 30 il hətta indiki dövrdə belə bu qardaşlıq pozulmamışdır və Türkiyə-Azərbaycan yenə də qardaşdır. Bu qardaşlıq, xalqımız üçün əsas yol istiqamətidir. Nə qədər ki, bu qardaşlıq davam etməkdə olacaq dövlətimizdə daim sülh, barış, güclü şəkildə qalacaqdır.
Türkiyə qardaşlığının bariz dəstək nümunəsini biz İkinci Qarabağ müharibəsi zamanı da gördük. Ta müharibənin əvvəlindən Tayyib Ərdoğanın “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsi Azərbaycana güc, ruh, inam verdi. Tarixin ən önəmli anı olan bu zamanda hərbi paradda Azərbaycan və Türkiyə əsgərləri çiyin-çiyinə məğrur yürüşünü Azadlıq meydanında görərək şahidi olduq. Təkrar olaraq Zəfər paradında da eyni hadisə təkrarlandı ki, bu da birliyin ənənəsi, təntənəsinin simvolikası idi.
Tarixi Şuşa bəyannaməsinin imzalanması bu qardaşlığın, müttəfiqliyin zirvəsi idi. Bu müttəfiqlik hər yerdə: siyasətdə, iqtisadi əlaqələrdə, enerji, nəqliyyat layihələrinin həyata keçirilməsində, ordu quruculuğunda özünü açıq şəkildə göstərdi.
Artıq Azərbaycan və Türkiyə güc mərkəzlərindən biridir. Bu elə bir gücdür ki, daim güclənərək Azərbaycanın gücünə güc, inamına inam qatır.
Dövlət siyasətinin mütləq prioterləri ondan ibarətdir ki, daim Azərbaycan xalqının və dövlətinin milli maraqlarını müdafiə edilməli və müstəqil siyasət aparılmalıdır.
Dünya şöhrətli alim, Nobel mükafatı laureatı Əziz Səncər və “TEKNOFEST”in təşkilatçısı, İkinci Qarabağ savaşında öz sözünü demiş məşhur “Bayraktar” PUA-ların ixtiraçısı Selçuk Bayraktarın Azərbaycana bir arada təşrif buyurmaları əlamətdar hadisədir. Əziz Səncər kimi insanlar gənclər üçün örnəkdir, nümunədir – həm alim, həm vətəndaş, həm türkçü, həm vətənpərvər insan. Selçuk Bayraktar da gənclər üçün gözəl örnəkdir, nümunədir. Əminəm ki, bizim gənclərimiz Selçuk bəy kimi olmağa çalışacaqlar.
Türkiyə və Azərbaycan diplomatik əlaqələrinin artıq cari ildə 30 illik yubleyidir. 1915-ci ildə Çanaqqalada, 1918-ci ildə Gəncədə, Bakıda və Azərbaycanın digər bölgələrində ürəklərimiz və biləklərimiz ortaq mübarizəmizdə yenidən bərabər olmuşdur.
Azərbaycan-Türkiyə qardaşlığı sözdə deyil, həm kədəri, həm sevinci bölüşən əməldə özünü göstərən 1 millət, 2 dövlət, 2 xalqıq.
Şuşa bəyannaməsi ilə əlaqələr strateji müttəfiqlik səviyyəsinə çatmışdır. Bu birliyi, təzyiqlə, təhdidlə qorxudanlar olmayıb və əsla olmayacaq. İşğala və haqsızlığa qarşı hər şəraitdə doğru olanı söyləməkdən, haqlı mübarizəmizi müdafiə etməkdən geri durmadıq və durmayacağıq. Hər iki dövlətin xalqları tarixi, mədəniyyəti və mədəni dəyərləri ilə seçilən böyük bir millətin övladlarıdır. Harada zülm, haqsızlıq, ədalətsizlik varsa səsini ucaldan, bütün gücü ilə mübarizəyə qalxan ürəkli bir millətin nümayəndələriyik. Azərbaycan Qarabağ Zəfəri ilə tayı-bərabəri olmayan bir Zəfərə imza atmışdır. 44 günlük Vətən müharibəsi nəyinki hərbi texnologiya həm də, ağıl, cəsarətin birləşməsilə qazanılan nailiyyət idi.
İsmayılova Aygün / Nəsimi rayon sakini