image-502538_crop_0backend

Sevinc uşaqlara görə ərinin yanına qayıdıb və öldürülüb…

image-reklam_sirab_01

Ötən gün Bakının Xəzər rayonunun Zirə qəsəbəsində baş vermiş dəhşətli qətlin təfərrüatları məlum olub. Belə ki,  əri tərəfindən qətlə yetirilən Sevinc Məhərrəmova hələ bir neçə ay bundan əvvəl əri tərəfindən vəhşicəsinə döyülüb, dəfələrlə ölümlə hədələnib, işgəncəyə məruz qalıb. Bunu əks etdirən fotolar sosial şəbəkələrdə yayılıb.

Veteninfo.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu ilin martında əri Füzuli Qarayev tərəfindən ağac budağı ilə vəhşicəsinə döyülən iki uşaq anası S.Məhərrəmova polisə müraciət edib. Bir müddət sonra əri ilə barışaraq yenidən onun yanına qayıdıb. Lakin bu dəfə döyülməyib, qətlə yetirilib.

Vəkil Zibeydə Sadıqaova virtualaz.org-a açıqlamasında hüquqlarını müdafiə etdiyi Sevincin mütəmadi olaraq əri tərəfindən döyülüb, illərlə işgəncələrə məruz qaldığını, bununla bağlı məhkəməyə müraciət etdiklərini bildirib. Amma sonradan əri tərəfindən manipulyasiya olunan qadın məcbur olub yenidən onun yanına qayıdıb: “Uşaqlarını əlindən alıb Sabirabada qohumlarının yanına  göndərmişdi. Bununla bağlı hər yerə müraciət etdik. Qaradağ rayon məhkəməsində uşaqların anaya qaytarılması ilə bağlı da iddia qaldırdıq. Rəsmi nikahları yox idi deyə, aliment ödəməsi ilə bağlı iddia qaldırmışdıq. Sevincə dedik ki, bir az səbr eləsin, uşaqlarını məhkəmə yolu ilə qaytaracağıq. Amma Sevinc səbr eləyə bilmədi. İstintaq uzandıqca övladıarını görə bilmirdi”.

Vəkil qadının əri tərəfindən manupulyasiya olunduğunu deyib: “Balalarından ayrı dözə bilmirdi, deyirdi uşaqlarım ağlayır, ərimin yanına qayıtmağa məcburam. Əri də onu uşaqları ilə manipulyasiya edirdi”.

Hüquqşünas deyir ki, ər-arvad arasında mübahisə, dava-dalaş məişət zəmindində baş verib, ortada qısqanclıq olmayıb: “Boş, mənasız şeylərə görə döyür, üzünə qapı bağlayırdı. Axırıncı dəfə o cür vəhşicəsinə döyüləndə qaçaraq qonşuya, oradan da polisə gedərək xilas ola bilib”.

Z.Sadıqova deyir ki, faktla bağlı əvvəlcə Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi başlanılıb, sonradan 133.1-cü maddəyə tövsiyyə edilib.

İstintaq uzandıqca ana övladlarını görə bilməyib, ona görə də məcbur olub ərinin yanına qayıdıb. Buna görə hətta vəkilindən də imtina edib…

Xatırladaq ki, avqustun 3-ü saat 11 radələrində Sevinc Məhərrəmovanın əri tərəfindən paytaxtın Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış ilkin araşdırmalarla müəyyən edilib ki, Füzuli Qarayev arvadının aralarında yaranmış mübahisədən sonra küsüb sığındığı qonşusu Röyal Hüseynovun evində olmasını bilib oraya gələrkən küçədə Röyal Hüseynovu və sonuncunun yanında fəhlə işləyən Ramil Bəşirovu bıçaqlayıb, daha sonra evə daxil olaraq arvadı Sevinc Məhərrəmovaya çoxsaylı bıçaq xəsarətləri yetirərək onu öldürüb.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Füzuli Qarayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda hadisənin törədilməsinə gətirib çıxardan səbəb və şəraitin araşdırılması məqsədi ilə intensiv istintaq əməliyyat tədbirləri davam etdirilir.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki