image-76backend

Son 3 ayda Ukraynaya buraxılmayan və deportasiya olunan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

image-reklam_sirab_01

Ukraynada son 3 ayda ölkəyə buraxılmayan və ölkədən deportasiya olunan Azərbaycan vətəndaşlarının sayı məlum olub.

Ukrayna Dövlət Miqrasiya Xidmətindən “Report”un Şərqi Avropa bürosunun sorğusuna cavab olaraq bildirilib ki, 2021-ci il sentyabrın 1-dən noyabrın 30-a qədər 626 Azərbaycan vətəndaşı Ukrayna ərazisinə buraxılmayaraq geri qaytarılıb.

Eyni dövr ərzində Ukraynadan 19 Azərbaycan vətəndaşı deportasiya olunub.

Qeyd edək ki, Ukraynada miqrasiya qanunvericiliyinin tələblərini yoxlamaq məqsədilə mütəmadi olaraq reydlər keçirilir. Aşkar edilən sənədsiz əcnəbilər arasında hələ də keçmiş SSRİ-nin pasportunu daşıyanlara da rast gəlinir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki