image-7f49d23b-2de6-3800-b044-78e30673279c_850backend

SON DƏQİQƏ: Mübariz Qurbanlının qardaşı vəzifəsindən azad edildi

image-reklam_sirab_01

Prokuror Tariyel Qurbanov işdən çıxarılıb.

Veteninfo.az xəbər verir ki, bununla bağlı Baş Prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Tariyel Qurbanov Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi vəzifəsindən azad edilib.

Baş Prokurorluqdan “Report”a faktı təsdiqləyiblər.

Qeyd edək ki, T.Qurbanov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının qardaşıdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki