“PZR testin ləğvinin yoluxma sayına necə təsir edəcəyinə aydınlıq gətirilib”.
Veteninfo.az xəbər verir ki, TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Vüqar Qurbanov jurnalistlərə açıqlamasında bildirib ki, vəziyyət tam nəzarət altındadır və heç bir problem yoxdur.
O qeyd edib ki, Azərbaycan koronavirus infeksiyasına qarşı ən effektiv mübarizə aparan ölkələrdəndir: “Xəstəlikdən ölüm faizi ən aşağı, sağalma faizi isə ən yüksəkdir. Bu istiqamətdə bütüm tədbirlər həyata keçirilir və pandemiya ilə bağlı vəziyyəti tam nəzarətdədir. Bununla bağlı ciddi sıxıntı yoxdur. Həm xəstəxanada, həm də evdə müalicə alan xəstələrlə bağlı da tam hazırlıqlı vəziyyətdəyik və müalicələr davam etdirilir”.