image-32backend

Tərtər sakinindən ov tüfəngi götürülüb

image-reklam_sirab_01

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində rayon ərazisində qanunsuz ov edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan “Report”a verilən məlumata görə, Tərtər RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun İsmayılbəyli kənd sakini Babək Aslanov qanunsuz olaraq ov edərkən saxlanılıb.

Saxlanılan şəxsdən müvafiq sənədləri olmayan 1 ədəd ov tüfəngi aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki