image-85backend

Tərtərdə naməlum şəxslər məktəbə hücum etdi

image-reklam_sirab_01

Tərtər rayonunun Şıxarx kəndindəki 2 saylı tam orta məktəbin idman və akt zalları naməlum şəxslər tərəfindən dağıdılıb, avadanlıqlar qırılıb. Hadisə bir neçə gün əvvəl, axşam saatlarında baş verib. (apa.az)

Məktəbin direktoru Tofiq Hacıyev virtualaz.org-a bildirib ki, hadisəni törədənlər məktəbə arxa qapıdan giriblər: “Masaları və daha bir neçə avadanlıqları dağıdıblar. İdman və akt zalı kənarda yerləşdiyindən hadisəni törədənləri görən olmayıb”,-direktor deyib.

Direktor əlavə edib ki, məktəb binası Vətən Müharibəsi zamanı ciddi zərər görüb, sonradan təmir edilib, lakin hələ də təmir işləri davam edir. Doqquz məktəb bir binada yerləşib, əlavə olaraq binada məcburi köçkünlər də qalırlar. Lakin idman və akt zalı 2 saylı məktəbə aiddir: “Bir idman, bir akt zalı var, ancaq bütün məktəblər istifadə edirlər. Hadisəni məcburi köçkünlər də görməyiblər”.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan virtualaz.org-a bildiriblər ki, qeyd edilən məlumat əsasında Tərtər rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılır, hadisə ilə bağlı əlavə məlumat veriləcək.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki