image-10backend

Tovuzda ağır qəza – Ölən və yaralananlar var

image-reklam_sirab_01

Tovuzda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Veteninfo.az  Apa-ya istinadən bildirir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 21011” markalı minik maşını ilə “VAZ 2107” markalı minik avtomobili toqquşub.

Qəza zamanı 1962-ci il təvəllüdlü Hüseyn Zeynalov hadisə yerində ölüb, 6 nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olub.

Hadisənin başvermə səbəbləri araşdırılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki