image-60backend

Tovuzda qardaşlardan birini öldürüb, digərini yaralayan şəxs saxlanılıb

image-reklam_sirab_01

Tovuz rayonunda qətl törədən şəxs saxlanılıb.

Vətəninfo.az-ın məlumatına görə, hadisə rayonun İbrahimhacılı kəndində qeydə alınıb.

Kənd sakinləri – 1964-cü il təvəllüdlü Ənvər və 1960-cı il təvəllüdlü Fərman Əlirzayev qardaşları mübahisə zəminində 1981-ci il təvəllüdlü Maksim Mehdiyev tərəfindən bıçaqlanıblar. Ürək nahiyəsindən bıçaq xəsarəti alan Ənvər ölüb.

Fərman isə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyəti ağır olaraq qalır.

Daha sonra M.Mehdiyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki