Sovetlər zamanında və ondan daha əvvəl Azərbaycan ərazisində yaşayan müxtəlif Türk mənşəli tayfaların soykökünün unutdurulması yolunda heç bir elmi əsası olmayan bir çox nəzəriyələr uydurulmuşdur. Haqqında belə nəzəriyələr uydurulan tayfalardan biridə Kolanı adlı Türk obasıdır.
Sovetlər dövründə ortaya atılan fərziyyələrdən biridə Kolanıların Kürd kökənli bir tayfa olmasıdır. Hətta o zamandan bəri cəmiyyətimizdə gəzən şaiyələrdən biridə Kolanıların adının XVI əsrdə yazılan Şərəfnamə adlı əsərdə Kürd aşirətləri(tayfa) arasında yer almasıdır. Digər iddia isə ondan ibarətdir ki,məhz bu səbəbdən sonrakı və o cümlədən müasir dövrdə yaşamış bəzi tədqiqatçlar Şərəfnaməyə əsaslanaraq Kolanıları Kürd hesab etmələridi. Şərəfnamənin özünə gəldikdə isə həmin əsər 1597-ci ildə Bitlis hökmdarı olan Şərəfxan Bitlisi tərəfindən Fars dilində yazılmşdır.Beş hissədən ibarət olan həmin əsər sonrakı dövrlərdə öyrənilərək müxtəlif tədqiqatçılar tərəfindən Türk, Fars, Rus, Fransız və s dillərə tərcümə edilmişdir.1971-ci ildə həmin əsər Türkiyəli Kürd kökənli yazar olan Mehmet Emin Bozarslan tərəfindən iki cildə Ərəbcədən Türkçəyə çevrilmişdir. Sovetlər zamanında isə Şərəfnamə əsəri Kürdüoluq alim olan E.Vasilevna tərəfindən birinci cild 1967-ci il, ikinci cild isə 1974-cü illərdə olmaqla Fars dilindən Ruscaya tərcümə olunmuşdur. Diqqət çəkən odur ki,bəzi şəxslər indiyənə kimidə Kolanıların Şərəfnamədə Kürd olaraq göstərilməsini sübut etmək məqsədi ilə müxtəlif nəzəriyyələr ortaya atmaqdadılar. Belə ki,2008 ci ildə milliyətcə əslən Ermənistan yezidi Kürdü olan Lətif Məmməd Buruki adlı (Burukilər Kürdlərin yezidi məzhəbinə aid bir tayfanın adıdır) şəxsin Rusiya Kürdlərinə aid müxtəlif saytlarda (Kurdipedia.Orq;Kurdistan.ru və s) “O Kurdskix plemenax Zakavkaziya” adlı məqaləsi dərc olunmuşdur.Hətta həmin məqaləni Azərbaycana bağlı bəzi internet saytlarda də görmək mümkündür. Rus vikipediyasında gəldikdə isə Kolanılar haqqında məlumat verilərkən həmin məqalə əsas mənbə olaraq göstərilir.Məqalənin özünə gəldikdə burada Kolanı sözünün etimalogiyası Kürdcədən Kolnedar yəni məğlubedilməz və ya həmin dildəki hündür dağ zirvəsi mənasını verən Kel sözündən yarandığı qeyd olunmuşdur. Həmin məqalədə həmçinin Kolanı sözünün mənşəyinin Farsca böyük anlamını verən Kelan kəlməsi ilə də bağlamağa cəhdlər olmuşdur. Müəlif həmin məqalədə Şərəfnamə kitabına istinad edərək Aran Qarabağda İyirmi
Dörtlər adı ilə məlum olan Kürd tayfasının yaşadığını yazmışdır.Sonra O öz məqaləsində XIX əsr Rus tədqiqatçısı olan İ.Şopenin ,,Istoriçeskiyi pamyatniki armyanskoy oblastiv epoxu prisiodineniya k Rossiyskoy imperii” adlı əsərinə istinad edərək Şopen tərəfindən Kürd olaraq göstərilən Kolanı,Karaçor,Püsyan və s, tayfaların Şərəfnamədəki həmin 24-lər adı ilə tanınan Kürd tayfalarının nəsillərindən olması fərziyəsini ortaya atmışdır.
İlk öncə onu qeyd etmək lazımdır ki,1593-ci il Osmanlı müfəssəl dəftərində 24-lər haqqında məlumat verilərkən həmin ittifaqa daxil olan tayfaların adları göstərilmiş və həmin siyahıda Kolanıların adı çəkilməmişdir (1593 yılı Osmanlı Vilayet Tahrir Defterinde Anılan Gence-Qarabağ Sancakları Ulus ve Oymakları Kırzıoğlu M. Fahrettin).İkincisi isə İ.Şopen öz monaqrafiyasında yanlış olaraq Kürd kimi göstərdiyi Kolanı,Karaçor,Püsyan və s tayfalarının Şərəfnamədə göstərilən həmin 24-lərin nəsillərindən olmasını azmamışdır. Ümumiyyətlə İ.Şopen öz monaqrafiyasının Kürdlər bölümündə onlar haqda danışarkən Şərəfnaməyə istinad belə etməmişdir. Şərəfxan Bitlisinin özünə gəldikdə isə müəllif sadəcə Qarabağda 24-lər adı ilə tanınan Kürd birliyinin olmasını yazır,lakin həmin tayfaların adı onun tərəfindən Şərəfnamədə çəkilmir.(bax.Şerefname I cild 1971,İstanbul,Mehmet Amin Bozarslan çevirisi;Шараф-наме.Т.1.М.Наука. 1967, перевод.Е.И.Васильева).İ.Şopen tərəfindən Kürd olaraq göstərilən həmin tayfayalara gəldikdə isə bunlardan yalnız Bozlu tayfası Kürd kökənlidir. (Oqtay Hüseynli, Şahmar İbrahimli. Azərbaycan tarixində etnik proseslərə dair (Yalan və Həqiqət). “QARABAĞ DÜNƏN, BU GÜN VƏ SABAH”11-ci elmi-əməli konfransının MATERİALLARI 2012-ci il). Göründüyü kimi,Burukinin 2008-ci ildə çıxan məqaləsinə diqqətlə baxıldığı zaman bir yerdə də olsun Kolanıların adının Şərəfnamədə çəkilməsi qeyd olunmamışdır.Əgər Kolanıların adı Şərəfxan Bitlisi tərəfindən Kürd aşirətləri arasında çəkilsəydi əlbətdə nəinki Məmməd Lətif Buruki hətta ona qədər olan kimlərsədə Kolanıların Kürd olması nəzəriyyəsini ilk növbədə Şərəfnamədən istinad edərək yazardılar. Şərəfnamənin özünə gəldikdə isə burada bir yerdə də olsun Kürd hökmdarlıqları və onlara bağlı olan aşirətləri arasında Kolan,Kolanlı və ya Kolanı adlı bir tayfanın adı çəkilməmişdir. Son zamanlar hətta Şərəfnamədəki Kürd aşirətlərinin qısa siyahsıda internetdə öz əksini tapmaqdadır və həmin siyahsıya baxıldığı zaman burada da Kolanı adına təsadüf olunmur. (bax. Şerefnamede Kürt Aşiretleri I.II bölümler. BİTLİSNAME.COM).Yuxarıda adı çəkilən 24-lərin özlərinə gəldikdə isə hələ osmanlı dövründə Şərəfnamənin yazılaraq tamamlanmasından dörd il əvvəl 1593-cü ildə tərtib edilmiş
Gəncə-Qrabağ müfəssəl dəftərində onların etnik baxımdan Kürd deyil tam əksinə Türk kökənli oymaqlardan ibarət olması qeyd edilmişdir(1593 yılı Osmanlı Vilayet Tahrir Defterinde Anılan Gence-Qarabağ Sancakları Ulus ve Oymakları Kırzıoğlu M. Fahrettin).
İ. Şopenin özünə gəldikdə isə Kolanıları Kürd tayfalarından biri kimi göstərməsi yalanı 1845-1916 cı illərdə arası dərc olunmuş «Kavkazskiy kalendar » adlı təqvim jurnalında üzə çıxır.Tiflisdə dərc olunan Həmin jurnalda Qafqaza aid mühüm etnoqrafik və tarixi materiallar öz əksini tapmışdır. Belə ki, həmin jurnalın 1856-57-58 ci illərə aid çaplarında İravan, Naxçıvan, Qarabağ və o cümlədən Şirvan bölgəsində yaşayan Kolanı obasına aid bütün yaşayış məsgənlərinin əhalisi milliyyətcə Tatar(yəni
Türk) həmin əhalinin danışdığı dil isə Tatar dili(Türk dili) olaraq göstərilmişdir.
Kolanlı tayfasınının adının haradan yaranması məsələsinə gəldikdə isə burada müxtəlif fikir və mülahizələr mövcüddur.Bəzi tədqiqatçılar bu adın Türkcə yabanı ata verilən addan Kulandan, bəziləri əski Türkcə ordu anlamını verən Kol sözündən və s yarandığını yazmışlar. Fikirimizcə Kolanı kəlməsinin mənşəyi əski zamanlardan bəri Türk tayfalarında keçi yunundan toxunan atın yəhərini və ya üzəngisini ata bağlamaq üçün nəzərdə tutan olduqca möhkəm kəmərə və ya adi bel kəmərinə,qurşağa verilən adla bağlı olmuşdur.Belə kəmər Anadolu və Kırım Türkcəsində Kolan,Altay Türkcəsində Kolon,Yakut Saxa Türkcəsində Xolun,Cağatayca Kolan adlanır.Oğuz Türklərinin bir qolu olan Kolanıların əcdadlarının bu adla tanınmasının əsil səbəbi isə ola bilsin ki, hələ Səlcuqlu Xaqanlığı zamanında bu tayfanın üzvlərinin Kolan toxumaqları ilə ad qazanmalarıdır. Kolanlı dedikdə
əski Türkcədə həmçinin atında kolan olan bir növ süvari,atlı insan kimidə başa düşülə bilər. Hətta Əski
Türk mifologiyasında doqquz Kolanlı at anlayışı da olmuşdur.
Kolanıların əcdadları həmçinin Hun tayfa birliyinə daxil olan qəbilələrdən biridə hesab oluna
bilərlər.V əsrin əvvəllərində indiki Çinin şimal və qərb bölgələrində əsası Xelyon Bobo(Kolan Baba?)
tərəfindən qoyulan Hun Xelyon dövləti mövcud olmuşdur.Ola bilsin ki,Xelyon kəlməsi isə əski Çin
mənbələrində Kolan sözünü təhrif edilmiş forması olmuşdur.Çinin Uyğurustan bölgəsindəki Kilan dağ
silsiləsi və Kelan çay adlarıın bu Hun tayfasının adı ilə bağlı olması ehtimal olunur
XX əsrin əvvələrinə kimi də,Azərbaycanda Kolanı tayfası haqqında bəhs edərkən bir çox hallarda
onların adı Kolanlı olaraq qeyd olunmuşdur.Hətta M.S.Ordubadinin 1905-06-cı illərdən Türk erməniqarşıdurmasına həsr olunmuş Qanlı İllər əsərində Cavanşir qəzasında baş vermiş siyasi olaylardandanışarkən həmin tayfadan Kolan və ya Kolanlı olaraq bəhs etmişdir.Sovetlər zamanından isə bu tayfanın adının yazlışında sanki məqsədyönlü şəkildə L hərfini ortadan qaldıraraq Fars dilində böyük anlamını verən Kelani kəlməsinə bənzətmək üçün Kolanı şəkilinə salmağa başlamışlar.O zamanlardan bəri Azərbaycanlıları Türk kökünün unutdurulmasının bir tərkib hissəsi olaraq, Qurd Hacı kürd Hacıya,Nizami Gəncəvinin Qurd rəisəsi anası kürd anaya,Fikrət Əmirovun Qurd Ovşarı adlı simfonik muğamı kürd Ovşarına çevrilmişdir.Onu da vurğulamaq lazımdır ki,Sovetlər zamanında milli kimliyin unutdurulması üçün müxtəlif adların tərif olunaraq dəyişdirilməsi siyasəti Azərbaycanlılardan başqa Qafqazın digər Türk xalqlarına da qarşı aparılmışdır.Misal olaraq indiki Rusiya Fedarasiyası tərkibindəki Dağıstan Respublikasında əsasən Kumuk Türklərinin yaşadığı Kayakənd adlı yaşayış məsgəni vardır.Diqqət çəkən həmin yaşayış məsgəninə yaxın ərazıdə heç bir qaya parçasına rast gəlinməməsi və ya həmin qəsəbənin dağlıq bölgədə yerləşmədiyi halda ona Kayakənd adının verilməsidir.Əslində ötən əsrin otuzuncu illərinə kimi həmin qəsəbənin əsil adı Kayakənd deyil Kayıkənd olaraq məlum idi.Həmin kəndin əsası bir zamanlar bu ərazilərə XIV əsrdə gəlmiş Kayı Türk tayfası tərəfindən qoyulduğu üçün Kayıkənd olaraq adlandırılmışdır.Şimal Qafqaz dağ silsiləsində Elbrus adlı dağ zirvəsinin olması hamıya əlumdur. Məhşur Osmanlı Türk səyahətçisi olan Övliyyə Çələbi öz səyahtənaməsində bu dağdan bəhs edərkən dağı Elbars Tau olaraq adlandırmışdır(burada El
Türk dillərində oba anlamında,Bars vəhşi dağ pişiyinə verilən ad,Tau isə dağ deməkdir).Sovetlər zamanında isə bu dağın adı məqsədyönlü şəkildə indiki İranın paytaxtı Tehran şəhərindən Şimalda yerləşən Elbrus dağ silsiləsinin adına uyğun olaraq Elbrus şəkilinə salınmışdır.Belə addım atmaqda əsas səbəb isə Qaraçay-Balkar Türklərinin əcdadları olan Alan Türklərinin İran Fars mənşəli bir xalq olaraq göstərmək olmuşdur.
Kolanıların Türk kökənli bir tayfa olmasını sübut edən amillərdən biridə dini inanclar mövzusudur.Azərbaycan Türklərinin bir çox obaları kimi Kolanılar arasında da çox yayılmış inanclar arasında Seyidlərə,Seyid cədinə,ocağına olan inamıda qeyd etmək olar.İslam dininin Türk xalqları arasında yayılmasından bəri insanlar arasında yaranan inamlardan biri də eyidlərin(Seyid Ərəbcədən cənab demək) İslam dininin yaradıcısı olan Məhhəməd peyğəmbərin nəsilinin davamçılarıolmasıdır. Maraqlıdır ki,Seyid inancının İslamın yaradıcısı olan Ərəblər arasında deyil daha çox
Azərbaycan və Şərqi Andolunun Ələvi Türk əhalisi arasında mövcud olmasıdır. Fikirimizcə cəmiyyətimizdə Seyidlərə olan ehtiram əslində qədim Türklərdə İslamdan öncəki Qam Şamanizimlə
sıx bağlıdır.Belə ki,Seyidlərin apardığı dini ayinlərə baxdığımız zaman həmin ayinlərlə əski Qam Şaman ayinləri arasında oxşarlığı görmək mümkündür.İslam dininin Azərbaycan Türklərinin əcdadları arasında yayıldığı zamandan bəri əski Türk Tanrıxançılıq inamı tədricən yeni dinin bir növ tələblərinə uyğunlaşdırılmış, bu səbəblə cəmiyyətdəki insanlar arasında Qam Şamanlar və onların nəsilləri tədricən Məhəmməd Peyğəmbərin nəsilinin davamçıları kimi qəbul edilməyə başlamışdır. Seyidlərlə bağlı olan əski Türk inanclardan biridə Seyid ocağının qoruyucusunun ilan olması anlayışıdır. İlana əski Türk mifik təsəvüründə yaşılığın hamisi,həm də gorun qəbrin qoruyucusu kimi baxılırdı. Hətta Azərbaycanda indiyinə kimi İlan Ocağı deyilən inancın olması əslində bu əski Türk inamının ənənəsidir. Bəzi tədqiqatçılar əsasən Qarabağ bölgəsində Kolanı tayfası ilə bağlı bəzi yaşayış məsgənlərin sonunda vənd kəlməsinin olmasını əsas gətirərək onların Kürd-İran kökənli olduqlarını yazırlar. İlk onu söyləmək olar ki,bir çox yerli tətqiqatçılar Cənubi Qafqaz ərazisində vənd adlı yer adlarının olmasını Bulqar Türklərinin Vənəndə adlı qolu ilə bağlı olduğunu sübut etmişlər. Bundan əlavə Qarabağ ərazisində Kolanılara aid bir çox yaşayış məskənlərində vənd sonluğunun mənşəyi Türkmənlərinin bir qolu olan Vəndi tirəsi ilə də bağlı ola bilər.XV-ci əsrdə Ağqoyunlu sərkərdəsi Yusifoğlu Vəndi(S.Köprülü.TürkmenAile,Aşiret,Oymakları, Boyları,Kollar) adı ilə bağlı olan həmin tayfanın üzvləri indiyənə kimidə əsasən İraq Türkmənləri arasında yaşamakdadırlar.Digər tərəfdən Qarabağın Kolanılara aid Papravənd, Sırxavənd, Hacı Qərvənd və s yaşayış məsgənlərinin sonunda vənd kəlməsinin Farsca bir söz olaraq qəbul olunması belə Kolanıların Kürd İran mənşəli olamsının sübutu kimi qəbul edilə bilməz.Qeyd olunmalıdır ki,artıq Səlcuqlu dövləti zamanından bəri Türk insanı üzərində Fars mədəniyyətinin təsirlərini görməyə başlamışdır. Sultanı Alp Arslan tərəfindən fars kökənli Nizam Əl-Mülkün vəzir olaraq təyin olunmasından sonra Səlcuqlu sarayında Fars bürokratik idarəçiliyi artmağa başlamışdır.Əsasən meydan deyil idealoji savaşçı olan Farslar bundan məharətlə istifadə etməyi bacarmış və öz mənəvi idealoji dəyərlərini Türk insanı arasında təbliğ etməyə başlamışlar.Hətta Səlcuqlu sulatnlarının bəzən öz övladlarını Keykubad,Keyxosrov kimi Fars qəhrəmanlarının adı ilə adlandırması bu idealoji təbliğatın təsiri ilə bağlı olmuşdur.İndiyənə kimi dəAzərbaycan Türkləri arasında Bəhman (Vohu Mana), Bəhram (Varahram,Veretrenqa), Firudun(Traeton) və s kimi əski Vedda Zorastr tanrı adlarının olması faktı Farsların Türk insanına qarşı min ildən bəri apardığı idealoji savaşın nəticələridir.Əlbətdə Səlcuqlu Sultanlarının öz saraylarında idarəçilikdə Farslara önəm verməsi heç də bəzi tədqiqatçıların yazdığı kimi Səlcuklu Türklərində dövlətçilik anlayışının olmamasından gəlmirdi.Tam əksinə Səlcuqlular olduqca nizan imtizamlı dərin dövlətçilik anlayışına malik bir xalq olmuşdular. Sadəcə əski Türk Atalar misalına görə at belindən fəth edilən məmləkət at belindən idarə oluna bilməz. Bu səbəbdən də Xilafət kimi geniş bir ərazini ələ keçirən
Səlcuqlu Sultanları Xilafətdə Ərəp əhalisini tam nəzarətdə saxlamaq məqsədi ilə Farsları önə çəkməyə
başlamışlar. Sözsüz ki,uzun müddət Türklərin siyasi hakimiyyəti altında qalan Farslarda öz növbəsində
Türk mədəniyyətinin təsirinə məruz qalmışlar.Farslar arasında Novruz bayramının qeyd olunması və ya Tanrıya Xuday olaraq müraciət olunması Türk mədəni izlərinin təsirindən yaranmışdır.
Şərəfxan Bitlisi öz Şərəfnamə əsərinin Xizan hökmdarları bölümündə Kürdlərin özəliklərindən biri kimi bəzi isimləri misal olaraq Şəmsəddini Şamo, Cimşidi Cimo, Abdalı Abdo şəklinə salaraq öz tələfüzlərinə uyğunlaşdırmaqlarından bəhs edir.1728-ci il Osmanlı mənbələrində Naxçıvanın Kolanı kəndinin əhalisi haqqında məlumat verilərkən həmin kəndə yaşayan əhalinin şəxs adları da bu mənbədə öz əksini tapmışdır.Həmin adlar Hüseyin, Qulu, Məmməd, Eyvaz, Murad, Dəmirdaş, Arslan(Ər Aslan), Dəmirdaş və s kimi Ərəb və Türk mənşəli adlardan ibarətdir.Göründüyü kimi,XVIII əsr mənbəsində Kolanı kəndi əhalisi arasında Şamo, Cimo, Abdo, Gülo, Maho, Bilo və s kimi şəxs adılarına təsadüf olunmur. Kolanı kəndində şəxs adlarından birinin Məmməd olması isə maraq doğurur. Əgər yuxarıda yazıldığı kimi Kürd insanı Şəmsəddin ismini öz tələfüzünə uyğunlaşdıraraq Şamo şəklinə salırsa, Muhammed adını isə Məmməd şəklinə salaraq öz tələfüzlərinə uyğunlaşdırmaq Türk insanının özəliklərindən biri hesab olunur.Kürdlərin özlərinə gəldikdə əski zamanlardan bəri bəzən şəxs isimlərinin verilməsində Türk adlarından istifadə edilməsi adəti mənbələrdə də öz əksini tapmaqdadır. Şərəfnaməyə baxıldığı zaman isə bir çox Kürd hökmdarlarının və onların yaxınlarının yalnız Türklərə xas olan Börü,Tuğ Təkin, Bayandır, Sarıhan, Karahan, Sarım, Pir Budaq, Canpolad, Murad, Abdal, Şəkərbəy və s kimi adların daşıdıqlarını görmək mümkündür.
Kolanı tayfası daxilində Goran adlı bir qolun tirənin olmasını söyləyən bəzi tədqiqatçılar bu səbəbdən onların bir Kürd kökənli tayfa olması versiyasını önə çəkməkdədilər. Şərəfnamə əsərində müəlif İranın Kürd tayfaları haqqında məlumat verərkən Siyah Mansur,Çeqni və s kimi Kürd aşirətlərinin(tayfalarının) Erdalan və Gorani (Gurani) bölgələrindən gələrək İranın hökmdarlarına sığınmaqlarından yazır. Bu səbəbdən son dövr tədqiqatçıları bəzən İran Kürdlərinə Gorani adınıda vermişlər.Goranilərin bir qismi hal hazırda İran dillərinə yaxın Zaza-Gorani ləhcəsində danışmaqdadılar. Lakin indiyənə kimidə Əhli –Hak adı ilə məlum olan Qaraqoyunlu Türkmənləri bəzən özlərinə Göran və ya Goranda adlandırmaqdadılar(Y.Kalafat.Balkanlardan Uluğ Türküstana. Türk Halk İnancları II; GORDLEVSKY, Vladimir A., (2010). “Karakoyunlu-Maku Hanlığı’na bir geziden (1916) derlenmiş bilgiler” (çev. Namıq Musalı) Alevilik Bektaşilik Araştırmaları Dergisi- Köln, sayı 4, s.83-124.).
Gorani dilinin özünə gəldikdə isə bəzi tədqiqatçılar isə onu İran dillinin bir qolu hesab etsələrdə, lakin həmin dili Kürd dilinin ləhşəsi kimi qəbul etmirlər(Edmonds, Cecil John, (2003). Kürtler, Türkler ve Araplar, 1919-1925, (çev. Serdar Şengül, Serap Rüken Şengül) Avesta yay. İstanbul).Goran kəlməsinin etimalogiyasına gəldikdə isə bu söz böyük ehtimalla əski Türk dillərindəki idarəçilik sistemini bildirən Gu r(Gurultay) sözündən yaranmışdır. İstər dillərini unutaraq Kürdcə danışan,istərsədə Türklüklərini qoruyan Goranların yaşlıları son zamanlara kimi onların əcdadlarının bir zaman Sultan Cəlaləddinin ordusu ilə birlikdə Anadolu bölgəsinə köç edən Xorasan Türkmənləri olduqlarını rəvayət edərdilər. Hətta indiyənə kimi də Anadoluda yaşayan Goran Türkmənləri Sultan Cəllalədinin dəfn olunduğu yerə böyük ehtiramla anaşmaqdadılar. Kürdlərin bir hissəsinin isə Gorani və ya Gurani adı ilə tanımasına gəldikdə isə ola bilsin ki müxtəlif zaman içində onların bir qisminin Goran Türklərinə aid bölgəyə köç edərək yaşadıqları səbəbindən bu adla tanınmağa başlamışlar. Misal olaraq Azərbaycanda Laçın rayonu ərazisində Minkənd adlı Kürd icması yaşamaqdadır.Minkənd kəlməsi sözsüz ki,Türk mənşəli sözdür. Sadəcə olaraq 19-cu əsrdə Karaçor Türklərinə aid Minkənd yaşayışməsgəninə köçən Kürd icması sonradan bu adla tanınmağa başlamışdır.
Kolanıları Kürdlərə bağlamaq cəhdi daha çox erməni milliyətindən olan şəxslər tərəfindən edilmişdir. Bu işdə İngilis agenti olan İosif Emin, Çar agenti Xan Aqov, Fransız sosializmin aşiqi tarixçi Abqar İonisyan, əfsanəvi erməni tarixi romanlarının müəlifi Eduard Avakyan və s kimi şəxslər xüsusi səy göstərmişdilər. Sözsüz ki, BOP-un(böyük ortadoğu projesi) sovet analoqu olan qırmızı kürdüstan lahiyəsidə bu məsələdə mühüm rol oynamışdır. Kolanıların adının Şərəfnamədə Kürd aşirətləri arasında çəkilməsi uydurmasına gəldikdə isə sanki bu Zelençuk yazılarını xatırladır. XIX əsrin sonlarında arxeoloq D.Strukov tərəfindən Böyük Zelençuk çayının sağ sahilində tapılan daş löhvə üzərində həkk olunmuş həmin yazı Fars mənşəli Osetinlərə aid ən qədim yazı nümunəsi hesab olunur. İndiyənə kimi də Alanları İran kökənli bir xalq olaraq göstərmək istəyən tədqiqatçılar ilk növbədə məhz həmin yazılara istinad etməkdədilər. Lakin ötən əsrin 40-cı illərindən indiyənə kimi Zelençuk vadisinə təşkil olunan Arxeoloji ekspedisiya tərəfindən bir yerdə də olsun həmin yazının tapılmaması olduqca qəribədir.
Məcid İsgəndəroğlu
AMEA Arxeologiya və Antropologiya institutu elmi işçi