Alimlər müəyyən ediblər ki, yuxu zamanı tez-tez fırlanıb fırlanan və ümumiyyətlə narahat yatan insanlar Parkinson xəstəliyinə tutulma riski zonasındadırlar. Vətəninfo.az xəbər verir ki, bu barədə Annals of Neurology jurnalı yazır. Elmi araşdırmalara görə, yuxu zamanı tez-tez bədən hərəkətləri bu insanların beynin müəyyən nahiyələrində dopamin ifrazına nəzarət edən iltihab prosesinin olduğunu göstərə bilər.
Məsələ burasındadır ki, Parkinson xəstəliyi və demensiyadan əziyyət çəkən insanlarda dofaminin səviyyəsi aşağı düşür və bu hormon insanın yuxu və oyanma rejimlərinin tənzimlənməsində, eləcə də yuxu fazalarının idarə olunmasında iştirak edir. Mütəxəssislər onu da qeyd edirlər ki, video polisomnoqrafiya adlı yuxu araşdırması ilə bir insanın Parkinson xəstəliyinin olub-olmadığını və hansı inkişaf mərhələsində olduğunu öyrənmək mümkündür.