image-62188ac05dc2162188ac05dc22164577555262188ac05dc1f62188ac05dc20backend

Türkiyədən gələn tibbi heyət qaziləri müayinə edib

image-reklam_sirab_01

Fevralın 24-ü Türkiyənin ən böyük xəstəxanalarından olan “VM Medikal Park” xəstəxanasının tibbi heyətinin həkim briqadası Azərbaycana gəlib. Onların arasında beyin cərrahı, plastik-estetik cərrah və uşaq hematoloqu yer alıb.

“YAŞAT Fondu”ndan verilən xəbərə görə, həkimlər Türkiyədə əməliyyat olunan, müalicəsini uğurla tamamalayaraq ölkəyə qayıdan 20 qazini və bir şəhid övladını müayinə ediblər. Qazilərin Türkiyədəki əməliyyatını da məhz həmin həkimlər həyata keçirib.

Həkimlərlə görüş zamanı onlara “YAŞAT” Fondunun təqvimi, plaketi və jurnalı hədiyyə olunub.

Qeyd edək ki, “YAŞAT” Fondu 2021-ci ilin fevral ayından etibarən həkim rəyinə əsasən qazilərin əməliyyat və müalicəsini Türkiyədə həyata keçirir. Bu günə kimi 165 qazi Türkiyədə ixtisaslaşmış müxtəlif xəstəxanalarda əməliyyat və müalicə olunub, onlardan 119-u müalicəsini tamamlayaraq ölkəyə qayıdıb. Hazırda 46 ağır yaralı qazimizin müalicəsi Türkiyədə davam etdirilir. Onların sağlamlığı və digər ehtiyacları ilə bağlı məsələ Fondun nəzarətindədir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki