image-fb_img_1683088973038backend

TV kanalların reytinqini kimlər ölçür ?

image-reklam_sirab_01

Televiziyalar haqqında Milli Məclisdə deyilənlər, vətəndaşların dedikləri, yoxsa MARSA-nın dedikləri reallığı əks etdirir ?

Bu gün Milli Məclisdə televiziyaların vəziyyətindən də danışılıb, bununla bağlı sosial mediada da xeyli tənqidlər olub deyə, düşündüm ki, bu məlumat da maraqlı olar.

Ölkədəki TV kanaların hansı vəziyyətdə olduğunu yalnız 950 ailə, daha doğrusu bu seçilmiş ailələrdə olan 1430 nəfər müəyyən edir.
Reytinq ölçənlər bunu Panel adlandırırlar. Panel ölkədə TV-lərin reytinqini ölçən, yeni yaradılan MARSA şirkəti tərəfindən müəyyən olunan metodika əsasında formalaşıb.
Cədvəldən görünür ki , TV kanalların reytinqini ölçənlərin ölkənin bütün regionlarıı üzrə təmsilçiliyi təmin edilib.

Bu ailələrə MARSA şirkəti TV sayğac, yəni PM7 Peoplemetri paylayıb.
Bu 1430 nəfər əllərində tutduqları, televizorlara inteqrasiya olunan bu cihazlar vasitəsilə hansı verilişlərə baxdıqlarını qeyd edirlər.

Ailələrin kim olması gizli saxlanılır.

Yalnız bu şəxslərin MARSA-ya ötürdüyü məlumat əsasında toplanan dataya görə hansı TV kanalın, hansı verilişin ölkə üzrə hansı vəziyyətdə olması müəyyən edilir.
Bu data Londonda yerləşən Kantar Medianın data mərkəzində, onlara məxsus proqramlar vasitəsilə emal edilərək bu qurumun Azərbaycan üzrə partnyoruna -MARSA şirkətinə göndərilir.

Yeri gəlmişkən, MARSA bu məlumatları hər gün TV kanallara da təqdim edir.
Yəni, real olaraq nə gündə olduqlarını, verilişlərin gündəlik reytinqi TV kanalların ən azı rəhbərləri də bilirlər.

Artıq MARSA-nın ilkin nəticələri, hesabatlar məlumdur.
Hansı TV kanalın, hansı verilişin hansı reytinqə malik olması bilinir. Reytinqdəki bəzi məqamlar mənim üçün də gözlənilməzdir.
MARSA şirkəti hələlik ictimaiyyət üçün hesabatlarını açıqlamayıb.
Hansı ki, beynəlxalq praktikada olduğu kimi bu məlumatların müəyyən hissəsi ictimai əhəmiyyət kəsb edir və açıqlanmalıdır.
Həm də, nəzərə almaq lazımdır ki, MARSA -nın formalaşmasında dövlət resurslarından da istifadə edilib.

Ümid edək MARSA yaxın zamanda maraqlı tərəflərlə birgə hesabatının ictimai müzakirəsini təşkil edəcək.

Osman Gündüz


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki