“44 günlük Vətən Müharibəsində iştirak edənlər 2708 nəfərə əlillik dərəcəsi təyin edilib”.
Veteninfo.az xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-Sosial Ekspertiza xidmətinin təşkili departamentinin müdir müavini İlkin Yusifov “Sosial saat”da deyib.
O bildirib ki, 263 nəfər yüksək texnologiyalı protezlə təmin olunub:
“Onlardan 188 nəfəri İkinci Qarabağ müharibəsi qazisidir. Hazırda da proses davam etdirilir” – o qeyd edib.