Vətən müharibəsində Qarabağı heç vaxt görməyənlər Qarabağ uğrunda ölümə getməyə hazır idilər və ölümə də getmişdir.
80-ci illərin sonları-90-cı illərinin əvvəllərində Ermənistan dövləti Azərbaycanın tarixi torpaqlarına ərazi iddiaları ilə çıxış etmiş və ölkəmizə qarşı hərbi təcavüzə başlamışdır.Bu dövürlər Azərbaycanda böhran dövrü idi ,hökmət başsız idi və hökm sürən hərc-mərclikdən istifadə edən Ermənistan dövləti torpaqlarımızın 20%-ni işğal etmişdir. Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı öz doğma yurdlarını ,evlərini tərk etmək məcburiyyətində qalmışdır.Bu işğalar nəticəsində minlərcə azərbaycanlı həlak olmuş ,itkin düşmüşdür.Ulu öndər Heydər Əliyevin Hakimiyyətə gəlməsi ilə atəşkəs elan olunmuşdur.Öz çirkin əməlində əl çəkməyən Ermənistan ordusu atəşkəs baxmayaraq dəfələrcə cəhbəyani əraziləri atəşə tutmuş və bunun nəticəsində mülki şəxslər həlak olmuşdur.2020- ci il sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutmaga başladılar.Bu isə onlar çox ağır başa gəldi və 44 gün davam edən Vətən müharibəsində Ermənistan ordusu kapitulyasiya aktını imzalamaq məcburiyyətində qaldı. 44 gün boyunca bir addım belə geri çəkiləmədən öz qanları , canları hesabına vətəni uğrunda gözünü qırpmadan ölümə geden igidlərimiz sayəsində bu gün biz rahat şəkildə Qarabağ azadır deyə bilirik. Vətən torpaqlarını işğaldan azad edən rəşadətli və müzəffər Ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində Ermənistan Respublikasının silahlı qüvvələri darmadağın edilərək, canlı qüvvə və texnika sarıdan böyük itkilər verərək geri çəkilməyə məcbur olmuş və döyüş meydanındakı acınacaqlı məğlubiyyətlərinin əvəzini çıxmaq üçün Azərbaycanın münaqişə zonasından və cəbhə xəttindən uzaqda yerləşən şəhər və rayonlarındakı mülki infrastruktur obyektlərini – yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri hədəf seçmiş, müxtəlif növ silahlarla, o cümlədən artilleriya və ballistik raketlərlə atəşə tutaraq insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri törətmiş, mülki şəxsləri vəhşicəsinə qətlə yetirmiş, mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə irimiqyaslı zərər vurmuşlar.
Torpqalarımız işğal olundugu zaman qundaqda olan körpələr, hələ dünyaya göz acmayan igidlərimiz artıq böyümüşüdülər ve hər birinin tək bir amalı var idi “bu torpaqlar azad olacaq”… İntikam hissi və Vətən sevgisi ilə ölümə gülə-gülə getdi onlar. Şuşanın dağlarını əli yalın öz şəhidini , yaralısını çiyinə alaraq qalxan , erməni əsgərini əlləri ilə boğan igidləri idi onlar .Bu gün işğaldan azad olmuş ərazilərdə yenidən qurma işləri gedir.Ermeni vandalizminə baxmayaraq o torpaqlar yenidən dirçəlir ve bu torpaqlarda yenidən həyat başlayacaq.Hər qarışında şəhid qoxusu ,hər qarışında şəhid qanı olan torpaqlar.Bu gün azad etdikləri torpaqlar geri dönə bilməyən igidlər rahat uyuyun bu xalq sizə çox şey borculudur və bu xalq sizi əsla unutmayacaq!!!!!!!!
Xəlilova Sərvinaz – YAP