image-21backend

Xaçmazda ağır yol qəzasında 6 nəfər xəsarət alıb

image-reklam_sirab_01

Xaçmazda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.

Veteninfo.az-ın məlumatına görə, hadisə Yeni Həyat qəsəbəsində olub.

Qusarçay kəndindən Yeni Həyat qəsəbəsinə gedən yolda iki avtomobilin toqquşması nəticəsində 6 nəfər – 2001-ci il təvəllüdlü Sadıyev Nurlan Nadir oğlu, 2000-ci il təvəllüdlü Xasanov Emin Qasım oğlu, 1994-cü il təvəllüdlü Rüstəmov Camaləddin Tofiq oğlu, 1973-cü il təvəllüdlü Həsrətov Sərkər Şücaəddin oğlu, 1977-ci il təvəllüdlü Sərkərova Natella Nağı qızı və Kikuladze Bayram Sərvər oğlu müxtəlif xəsarətlər alıblar.

Yaralılar xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki