image-59backend

Xarıbülbül simvollu corab kütləvi qəzəbə səbəb oldu – Deputat və Şəhid xanımından ETİRAZ

image-reklam_sirab_01

Sosial şəbəkələrdə üzərində Xarıbülbül simvolu olan corab şəkilləri paylaşılır. Birmənalı qarşılanmayan bu paylaşımlar çoxsaylı qınağa, qəzəbə səbəb olub.

Çoxları “Corabb.” brendi ilə istehsal olunmuş ayaq geyimi üzərinə şəhid analarının sinələrində gəzdirdiyi Xarı bülbül təsvirinin əks olunmasına qarşı çıxıb.

Bunu şəhidlərimizə, Xarıbülbülə qarşı hörmətsizlik kimi qiymətləndiriblər.

Bəzi məluamatlara görə, “Xarıbülbül corabları” azərbaycanlı iş adamları tərəfindən Çində sifariş edilib, istehsal olunandan sonra Azərbaycana gətirilib.

Bundan sui-istifadə doğru deyil

Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva -a açıqlamasında bildirib ki, Xarıbülbül bizim üçün əhəmiyyətli bir milli atributdur.

Onun sözlərinə görə, Xarıbülbül 44 günlük Vətən müharibəsindən sonra müqəddəsləşdi.

“Xarıbülblün döş nişanı, bəzək əşyalarında istifadə olunması adət halını alıb. Amma hər şeyin də bir sərhəddi var və bundan sui-istifadə doğru deyil”.


Deputat qeyd edib ki, bayraq, gerb, şəhidlərimizin rəsmi bizlər üçün necə müqəddəsdirsə, Xarıbülbül də eynidir.

“Bu simvolu hara gəldi, necə gəldi vurmaq olmaz. Bəzən görürük ki, istehsal olunan hansısa qida əşyasının üzərində şəhidlərimizin fotosu vurulub, sonradan tullantı kimi istifadə edilir. Eyni zamanda Xarıbülbül nişanımızın da həddindən artıq ucuzlaşdırılması doğru deyil. Bu bizim milli ruhumuzun, mənəviyyatımızın, müstəqilliyimizin, Qarabağımızın, Şuşamızın timsalıdır. Onun uğrunda minlərlə gəncimiz canından, sağlamlığından keçib. Onlar bu torpaqlar və rəmzlərimiz uğrunda canlarını qurban veriblər. Ona görə də bunu birmənalı olaraq bəsitləşdirmək, ucuzlaşdırmaq olmaz”.


P
ul qazanmaq istəyən insanların da bir vicdanı, düşüncəsi olmalıdır

“Zəfər” Şəhid Ailələrinə Yardım İctimai Birliyinin sədri, şəhid polkovnik Rauf Orucovun xanımı Sevinc Orucova  da Xarlbülbülün onun üçün müqəddəs olduğunu vurğulayuıb.

“Xarıbülbül qələbəmizin, şəhidlərimizi xatırladan simvoldur. Hər o rəmzi görəndə istər-istəməz vətən torpağına qovuşmuş şəhid ruhlarını, qanlarını, canlarını anırıq. O simvoldan sui-istifadə edərək, reklam xatirinə hər bir əşyanın, predmetin üzərinə yapışdırılmasını doğru hesab etmirəm. Mən belə qəbul edirəm, düşüncəm belədir.

Müqəddəs, dəyərli, əziz insanlarımızı xatırladır o simvol. Biz onu qələbəmizin, şəhidlərimizin simvolu eləmişiksə, onu necə hər əşyanın üzərinə yapışdırmaq olar, bunu anlamıram”.

S.Orucova bildirib ki, bu hadqa hansısa tədbirlərin görülməsinə, bizim deməyimizə ehtiyac olmalı deyil:

“Onu istehsal edən, o simvollardan istifadə edib, pul qazanmaq istəyən insanların da bir vicdanı, düşüncəsi olmalıdır. Bizim qınağımızdan öncə, özlərinin daxili mənəvi qınağı olmalıdır ki, mən bunu nəyin üzərinə yapışdırıram. Bu insanda düşüncə tərzi yoxdursa, hər şey ictimai qınaqla həll olmalıdır? İnsanın özünün də mənəvi psixologiyası, düşüncəsi olmalıdır”.

S.Orucova kəlağayını impravizə edərək, üzərinə Xarıbülbül rəsmi həkk etdirən modelyer Gülnarə Xəlilovadan şəhid anaları üçün hədiyyə apardıqlarında belə onların həmin simvola, atributa necə həssas yanaşdıqlarını bildirib:

“Həmin kəlağayıları simvolik hədiyyə kimi bayramlarda şəhid analarına təqdim edirdik. İnanın ki, analar onu başlarına örtməyə belə qıymırdılar”image-59

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki