image-0c5927e9-23e9-3663-9a8c-1785f35995d6_850backend

Xüsusi təyinatlı qüvvələrin təliminə dair sənədin Milli Məclisdə müzakirə ediləcəyi tarix məlum olub

image-reklam_sirab_01

“Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında qanun layihəsinin Milli Məclisdə müzakirəyə çıxarılacağı vaxt məlum olub.

Veteninfo.az-ın əldə etdiyi məlumata görə, sənəd parlamentin aprelin 5-də keçiriləcək plenar iclasında müzakirəyə təqdim ediləcək.

Bundan əlavə, toplantıda “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Katibliyinin maliyyə qaydaları haqqında Sazişə üzv dövlətlərin məcburi ödənişlərinin həcmi ilə bağlı Protokol”un təsdiq edilməsi barədə, “Azərbaycan Respublikasında Buzovna-Maştağa, Qala və Zirə neft yataqlarının daxil olduğu blokun bərpası və işlənməsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “GL İnternational LTD” MMC arasında Risk Xidmət Sazişinin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” qanun layihələri də deputatların müzakirəsinə çıxarılacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki