image-22backend

Zərdabda evində toy məclisi təşkil edən şəxs cərimələnib

image-reklam_sirab_01

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirdikləri tədbirlər nəticəsində pozuntu hallarının baş verdiyi toy məclisi müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan “Report”a verilən məlumata görə, yoxlamalar zamanı rayonun Məmmədqasımlı kəndində yerləşən fərdi yaşayış evində keçirilən toy məclisində qonaqların sayı normadan artıq olduğu aşkar edilib.

Qayda pozuntusu ilə əlaqədar ev sahibi U.Ağalarov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki