image-35backend

Zərdabda karantin qaydalarının pozulduğu toy məclisləri aşkarlanıb

image-reklam_sirab_01

Zərdab Rayon Polis Şöbəsi və aidiyyəti qurumların əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə birgə keçiriblər. Tədbirlər nəticəsində pandemiya tələblərinin pozulduğu toy məclisləri müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan “Report”a verilən məlumata görə, yoxlamalar zamanı rayonun Otmanoba və Əlvənd kəndlərində yerləşən fərdi yaşayış evlərində keçirilən toy məclislərində qonaqların sayının normadan artıq olduğu aşkar edilib.

Qayda pozuntusuna yol vermiş ev sahibləri E.Abdullayeva və V.Abdullayev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki