Tədbirdə Ağstafa RİH başçısı Seymur Orucov, müavinləri, rayonun gənclər və idman sahəsinə məsul şəxsləri, Vətən müharibəsi iştirakçıları, fəal gənclər, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
RİH başçısı qeyd edib ki, dünyada Beynəlxalq Gənclər Gününün 1998-ci ildən etibarən qeyd olunmasına qərar verilsə də, ümummilli liderimiz Heydər Əliyevin 1997-ci ildə imzaladığı müvafiq Fərmanla Azərbaycanda hər il “2 fevral Gənclər Günü” kimi qeyd olunur. Bu isə o deməkdir ki, bu sahədə də ölkəmiz beynəlxalq ictimaiyyəti qabaqlayıb. Məhs Ulu Öndərin əsasını qoyduğu gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsinin nəticəsidir ki, ölkədə gənclərə ən yüksək diqqət və qayğı göstərilir, onların hərtərəfli fəaliyyətinə geniş imkanlar yaradılır.
Çıxış edən rayonun məsul şəxsləri və ağstafalı gənclər, gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması, milli adət-ənənələrə, saf dəyərlərə bağlılığı üçün dövlət səviyyəsində icra olunan zəruri tədbirlərin həyata keçirilməsindən söz açıblar.
Tədbirdə Seymur Orucov açıq mikrafon çərçivəsində gəncləri dinləyib, onların təklif və müraciətlərini qəbul edib. Gəncləri maraqlandıran məsələlər ətrafında fikir mübadilələri aparılıb.