ABŞ-da Xocalı soyqırımını tanıyan ştatların sayı 24-ə çatıb.
Veteninfo.az-ın xəbərinə görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Xocalı soyqırımının 30 illiyi ilə bağlı ADA Universitetində keçirilən konfransda deyib.
Nazir müavini qeyd edib ki, fevralın 22-də ABŞ-ın Virciniya ştatı da Xocalı soyqırımını tanıyıb.