image-photo-2022-05-10-00-05-59backend

Adını qızıl hərflərlə yazan Tarixi şəxsiyyət- ULU ÖNDƏR HEYDƏR ƏLİYEV

image-reklam_sirab_01

Hər bir xalqın milli azadlığı, milli mənafeyi, istiqlaliyyəti tarixində onun xilaskarı olan şəxsiyyətlər yetişmişdir. Həmin şəxsiyyətlər ki, onlar öz qətiyyətli addımları ilə mənsub olduqları xalqı arxasınca aparıb, taleyüklü proseslərdə qalibiyyət sahibi etmişdir. Azərbaycn xalqının milli mənafeyi, istiqlaliyyəti uğurunda daim yorulmaq bilmədən əzmlə çalışan tarixin yetişdirdiyi tarixi şəxsiyyətlərdən biri də məhz ümumili lideri Heydər Əliyev olmuşdur. O, nəyinki Azərbaycan xalqının tarixinə hətta müasir dünya tarixində silinməz, parlaq bir iz qoyan dahi, ulu şəxsiyyət olmuşdur. Heydər Əliyev yüksək səviyyəli qeyri-adi zəkaya, fitri istedada sahib müdrik dövlət xadimi kimi tarixdə öz dəstxətti ilə imzasını atmışdır.
Müstəsna xidmətlər göstərmiş və bununla da əbədi yaşarlıq qazanan Heydər Əliyev zəngin və çoxşaxəli, mənalı həyat yolu olmuşdur.
Heydər Əliyev ata adı Əlirza olmuşdur, o, 1923-cü ilin may ayının 10-da Azərbaycan Respublikasının Naxçıvan şəhərində dünyaya göz açmışdır. 1939-cu ildə Naxçıvan Pedoqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) memarlıq fakultəsinə daxil olmuşdur, lakin əfsuslar olsun ki, İkinci Dünya müharibəsinin başlaması ona təhsilini başa çatdırması izinini verməmişdir.
Buna baxmayaraq o daim əzmlə çalışmış, 1941-1944-cü illər ərzində əvvəlcə Naxçıvan Muxtar respublikası Xalq Daxili İşlər Komissarlığında arxiv şöbəsinin məxfi hissəsinin müdiri olmuş, daha sonra isə Naxçıvan MSSR Xalq Komissarları Sovetində ümumi şöbəsinin müdiri vəzifələrində çalışmışdır..
1944-cü ilin mayında dövlət təhlükəsizliyi orqanlarında işə göndərilmişdir.
1946-1950-ci illərdə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Leninqraddakı (indiki Sankt-Peterburq) Rəhbər Kadrların Hazırlığı Məktəbində təhsil aldıqdan sonra 1950-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsində bölmə rəisi təyin edilmişdir.
1957-ci ildə Azərbaycan Dövlət Univeritetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsini bitirmişdir.
1958-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin əks-kəşfiyyat şöbəsinin rəisi, 1964-cü ildə DTK-nın sədr müavini təyin edilmişdir.
1966-cı ildə Moskvada DTK-nın F.E.Dzerjinski adına Ali Məktəbinin rəhbər heyətin təkmilləşdirilməsi kurslarını müvəffəqiyyətlə bitirmişdir.
1967-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə təyin edilmiş və həmin ildə də ona general-mayor rütbəsi verilmişdir.
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyulun 14-də keçirilmiş plenumunda o, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilmişdir.
Heydər Əliyev 22 il Azərbaycan SSR Ali Sovetinin və SSRİ Ali Sovetinin deputatı olmuşdur. 1974-1979-cu illərdə isə SSRİ Ali Soveti İttifaq Sovetinin sədr müavini vəzifəsini tutmuşdur.
1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvlüyünə namizəd, 1982-ci ilin dekabrında isə Siyasi Büronun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdir. Bu vəzifədə işləyərkən Heydər Əliyev SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik etmişdir.
Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa vermişdir.
1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə keçmiş SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli olan münasibətinin təzahür şəkli olaraq, dinc etirazçılara qarşı Bakıya sovet ordusunun yeridilməsi misli görünməmiş qanlı bir faciə ilə nəticələndi. Təəssüf ki, həm SSRİ, həm də o vaxt Azərbayan rəhbərliyi bu qanlı cinayətin bilavasitə başlıca təşkilatçısı və iştirakçısı olduğundan nəyinki onun açılması və cinayətkarların həm də cinayət məsuliyyətə cəlb olunmasından ötrü tədbirlər görmədi, əksinə bu vəhşiliyi gizlətmək üçün əlindən gələni etdi. 20 Yanvar qanlı faciədən sonra ulu öndər Heydər Əliyevin Azərbaycanın Moskvada olan daimi nümayəndəliyinə gedib xalqımızın kədərini bölüşməsi və sovet hakimiyyətinin ölkəmizdə həyata keçirdiyi qanlı aksiyanı bilavasitə ifşa etməsi , həmənki dövrdə xalqımız üçün bir növü dayaq təsəlli oldu. O, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. Hətta Heydər Əliyev Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir. Xalqımız Öndərimiz sayəsində köməksiz olmadığını hiss edə bildi.
Həmin dövr ərzində Azərbaycana qayıdışına ciddi maneələr törədilməsinə baxmayaraq Vətənin ağır günlərinə biganə qalmayaraq Heydər Əliyev 1990-cı ilin iyulun 20-də Bakıya gəlmiş, iki gün sonra isə Naxçıvana yola düşmüş, həmin ildə də Azərbaycan SSR xalq deputatı və Naxçıvan MSSR xalq deputatı seçilmişdir.
1991-ci il sentyabrın 3-də Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri seçilmiş və müvafiq qanunvericiliyə əsasən həm də Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olmuşdur. Bu vəzifədə o, 1993-cü ilə kimi çalışmışdır.
1991-1993-cü illərdə Naxçıvana rəhbərliyi dövründə Heydər Əliyev tərəfindən respublikamızın müstəqilliyi yolunda mühüm addımlar atıldı, Muxtar Respublikanın adından «sovet sosialist» sözləri çıxarıldı, üç rəngli milli bayrağımız ilk dəfə Naxçıvanda dövlət bayrağı kimi qəbul olundu, dünya azərbaycanlılarının həmrəyliyi günü müəyyən edildi, 20 yanvar faciəsinə siyasi qiymət verildi, SSRİ-nin saxlanılması barədə referendumdan imtina edildi, mühüm imperiya strukturlarının fəaliyyəti dayandırıldı, ilk dəfə olaraq sovet qoşun hissələri Muxtar Respublikadan çıxarıldı.
Lakin 1993-cü ilin may- iyun aylarında ölkədəolan vətəndaş müharibəsi, dövlət müstəqilliyini yenicə bərpa etmiş ölkəmiz onu itirmək təhlükəsi qarşısında qalmışdı. Ölkədə müharibə gedirdi. İdarəçilik isə yox dərəcəsində idi. Respublikada xaos, anarxiya hökm sürürdü.
Yeganə nicat yolunu Heydər Əliyevin qayıdışında görən Azərbaycan xalqı onu təkidlə hakimiyyətə çağırırdı. Xalqımız inanırdı ki, Azərbaycanı düşdüyü bu ağır vəziyyətdən, sosial-iqtisadi, hərbi-siyasi böhrandan yalnız Heydər Əliyev xilas edə bilər. Heydər Əliyev də Tanrının Azərbaycan xalqının taleyinə bəxş etdiyi bir qismət, zamanında millətinin xilaskarı olmaq üçün göndərilən bir dahi insan idi.
Ulu öndər 1993-cü ilin iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilmiş, iyunun 24-dən isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlamışdır.
Dahi Lider həm daxili, həm də xarici qüvvələrin dövlət çevirilişi, sui-qəsd və təxribat cəhdlərinə baxmayaraq öz həyatı bahasına əzmkarlığının hesabına müstəqil Azərbaycan dövlətini qurub möhkəmlətdi. O, demokratik hüquqi əsaslara əsaslana bir dövlət qurmaq və köklü islahatlar aparmaq üçün ilk növbədə ölkə ərazisində ictimai-siyasi sabitliyi, qanunun-qaydanı bərqərar etməyi başardı, ölkədə hökm sürməkdə olan hərc- mərcliyə, özbaşınalığı son qoydu. Onun 1994-cü ildə imzaladığı Cinayətkarlıqla mübarizəyə yönəlmiş olan tarixi fərmanı qanun və hüquq qaydalarının möhkəmlədən əsaslı dönüş idi.
Dahi strateq hüquqi Azərbaycan dövlət modelini il Milli konstitusiyanı yaratmaqla gerçəkləşdirə bildi. 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olan Azərbaycan Respublikasının Konstitusiyasında hüquqi dövlətin bütün prinsipləri-qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, hakimiyyət bölgüsü, konstitusiya nəzarəti prinsipləri təsbit olundu, insan hüquqlarını təmin edən ali məqsəd kimi bəyan edildi.
Ulu Öndər prokurorluq orqanlarının rəhbər işçiləri ilə 2000-ci ilin aprelində keçirdiyi görüşdə hüquqi islahatlarla bağlı deyirdi: “Bu islahatları ona görə aparmırıq ki, kimsə bizə deyir, kimsə bunu bizdən tələb edir. Biz özümüz anlamalıyıq ki, “hüquqi, demokratik dövlət qururuq” elan edən prezident gərək onu təmin etsin. Bunu təmin etmək də qanunlarla ola bilər”.
1996-cı və 1999-cu illərdə əsassız yoxlamaların və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında dövlət başçısı tərəfindən imzalanmış fərmanlar ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynadı.
Eyni zamanda, ölkəmizdə siyasi partiyaların, ictimai təşkilatların azad fəaliyyəti, senzuranın aradan qaldırılması, yüzlərlə mətbuat orqanının sərbəst nəşr olunması, özəl radio və televiziya kanallarının yayımlanması siyasi plüralizmin, azad fikrin, demokratiyanın və vətəndaş cəmiyyətinin inkişafına böyük təkan verdi. İnsan haqlarının etibarlı qorunması dövlətin prioriteti kimi müəyyən edilərək respublikamız insan hüquq və azadlıqlarının təminatı sahəsində bütün əsas beynəlxalq konvensiyalara qoşuldu, 1993-cü ildən ölüm cəzasının icrasına veto qoyuldu, 1998-ci ildə isə Şərqdə ilk dəfə olaraq Azərbaycanda bu cəza növü tamamilə ləğv edildi, əfv və amnistiya institutları geniş tətbiq edilməyə başlandı.
Ölkəmizdə insan haqlarının müdafiəsinə dair mühüm normativ aktlar qəbul olundu, bu sahədə xüsusi Dövlət Proqramı hazırlanaraq həyata keçirilməyə başlandı və İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) institutu yaradıldı.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hüquqi dövlət quruculuğu prosesi çərçivəsində ədliyyə orqanlarında əsaslı islahatlar aparıldı, ədliyyə sisteminin hərtərəfli inkişafı üzrə tarixi əhəmiyyətli qərarlar qəbul olundu, bu orqanların fəaliyyətində köklü mütərəqqi dəyişikliklərə başlanıldı.
Azərbaycan tarixinin Heydər Əliyev dönəmində ilk dəfə olaraq yerli özünüidarə orqanları formalaşdı və bələdiyyələrə metodoloji yardımın göstərilməsi, eləcə də inzibati nəzarətin həyata keçirilməsi Ədliyyə Nazirliyinə tapşırıldı.
Ədliyyə sahəsində aparılan islahatların nəticəsi olaraq Ədliyyə Nazirliyinin cəmiyyətdə rolu və nüfuzu xeyli artdı və o, hüquq siyasətini həyata keçirən əsas orqanlardan birinə çevrildi.
Xalqın tarixi yaddaşının özünə qaytarılması Azərbaycanın surətli inkişafında hərəkətverici qüvvəyə çevrilmişdir. Ulu Öndər hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən – 1990-cı il noyabrın 17-də Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağını Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq etmiş, Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdı.
Heydər Əliyevin fəaliyyətində iqtisadi islahatlar, bazar iqtisadiyyatının qurulması, iqtisadi inkişafın təmin edilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, özəlləşdirmə proqramının, aqrar islahatların həyata keçirilməsi prioritet sahələr olmuşdur.
20 sentyabr 1994-cü ildə Bakı şəhərində Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə istismarı ilə bağlı neft hasilatı üzrə ixtisaslaşmış, yüksək nüfuza malik dünya dövlətlərini təmsil edən 12 iri neft şirkəti arasında beynəlxalq müqavilə imzalandı. “Əsrin müqaviləsi” adlandırılan bu tarixi sənədin imzalanması ilə Azərbaycanın “yeni neft strategiyası” uğurla həyata keçirilməyə başlandı. Müqavilə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edildi və 12 dekabr 1994-cü ildə qüvvəyə mindi.
Ölkəmizin iqtisadi inkişafında əvəzsiz rol oynayan “Əsrin müqaviləsi” üzrə ilkin neft 12 noyabr 1997-ci ildə hasil edilməyə başlandı. Təqribən 730 milyon ton neft və 200 milyard kubmetrə yaxın təbii qaz ehtiyatına malik olan yataqlarda görüləcək işlərə 12-14 milyard ABŞ dollarına yaxın investisiya qoyuluşu nəzərdə tutulurdu ki, bu da müstəqilliyini yenicə əldə etmiş Azərbaycan Respublikası üçün çox vacib məsələ idi. Təkcə bir faktı qeyd edək ki, 1995-ci ildən başlayaraq ölkə iqtisadiyyatında sabitlik yarandıqdan sonra ölkəmizə xarici investisiya qoyuluşu sürətlə artaraq 10 milyard dollara çatmışdır. Bunun da 60 faizdən çoxu (6,1 milyard dolları) xarici kapitalın payına düşür. 1996-2001-ci illərdə ölkədə fəaliyyət göstərən xarici investisiyalı müəssisələrin sayı 717-dən 1974-ə, müəssisələrdə çalışanların sayı isə təxminən 15 min nəfərdən 25 min nəfərə çatmışdır. Göstərilən müddətdə, eyni zamanda, xarici investisiyalı müəssisələrin ödədiyi vergilərin payı, cəmi vergi daxilolmalarında 9,3 faizdən 19,7 faizə yüksəlmişdir. Ümumilikdə isə, 1996-2001-ci illərdə həmin müəssisələr vergi və sosial ayırma şəklində büdcəyə təqribən 600 milyon dollar, sosial fondlara isə 400 milyon dollara yaxın vəsait ödəmişlər.
Ulu öndər ən böyük siyasi partiyanında yaradıcısı olmuşdur. Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə yaranmışdır. Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Yeni Azərbaycan Partiyasının yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirildi. YAP-ın yaradılması ulu öndər Heydər Əliyevə Azərbaycan cəmiyyətinin sifarişi idi, çünki bu partiya yaradılmadan Azərbaycanın gələcəyi və Azərbaycanın çox ciddi siyasi-iqtisadi kataklizmlərdən çıxış yolu yox idi. Məşhur “91-lər”in müraciəti əsasında zəmanəmizin dühası ümummilli lider Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasına, ona rəhbərlik etməyə razılıq verdi. Nəticədə ulu öndər Heydər Əliyevin rəhbərlik etdiyi Azərbaycanın siyasi sisteminin əsasını təşkil edən Yeni Azərbaycan Partiyası yaradıldı. Naxçıvandan başlayaraq bütün Azərbaycanın nicatına gedən yolun əsası qoyuldu. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi tarixi zərurətə çevrildi. 1993-cü il iyunun 15-də Azərbaycanın qurtuluş tarixi başlandı. Ulu öndər Heydər Əliyevin rəhbərlik etdiyi Azərbaycan Respublikası real müstəqilliyinə qovuşdu. Xalq artıq sahibsiz deyildi. Ona dünya səviyyəli Lider Heydər Əliyev rəhbərlik edirdi. Qarşıda isə dövlətçiliyimizin gələcəyi üçün mühüm əhəmiyyət kəsb edən siyasi hadisə – yeni prezident seçkilərinin keçirilməsi məsələsi dayanırdı. . Ulu Öndər cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını qısa zamanda inkişaf etdirdi, özünün dediyi kimi “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəltdi.
SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Bütün bunlara baxmayaraq, o vaxt Azərbaycan Respublikasının rəhbəri olan Ulu Öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirirdi.
1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.” Heydər Əliyevin bu təşəbbüsü 1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında öz əksini tapmışdır. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Ulu Öndər bununla gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini dahiyanəliklə. Azərbaycançılığın təntənəsi olmaq etibarilə belə qorumuşdu. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdı. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirilmişdi.
Bu gün artıq Ulu öndərin anadan olmasından 99 il ötür. Azərbaycan xalqı bu cür tarixi şəxsiyyəti qazanması onun mühüm hadisə idi. Heydər Əliyevin sərgüzəştləri, fəaliyyəti, xalqa bağlılığı o qədər qüvvətli olmuşdur ki hətta bu gün də xalq Öndərini unutmayır özü yaşamasada adı yaşayır. Bəşəriyyət tarixinə “Mən həmişə fəxr etmişəm bu gündə fəxr edirəm ki Azərbaycanlıyam” deyərək öz adını qızılı hərflərlə qazımışdır.

 

İsmayılov Akif/ Nəsimi rayon Ağsaqqallar şurasının üzvü


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki