image-reklam-veteninfo
image-img-20260505-wa0145backend

Ağstafa rayon Ağsaqqallar Şurasının növbəti iclasında Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib

image-reklam-veteninfo

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyi münasibəti ilə Ağstafa Rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamı ilə rayonda silsilə tədbirlər keçirilir.
Ağstafa şəhəri, “Yazıçılar Evi”ndə Ağsaqqallar Şurasının növbəti iclası öz işinə başlamazdan əvvəl “Dahi Şəxsiyyətə böyük ehtiram” mövzusunda məruzələr səsləndirilib, müasir, müstəqil Azərbaycanın memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi dərin ehtiramla yad olunub. İclası giriş nitqi ilə açan Şuranın (İdarə Heyətinin) sədri Sənan Mustafayev, Ağstafa RİH başçısının müavini Lalə Eyyubova, Əməkdar müəllim İndira Səmədova, Şuranın İdarə Heyətinin üzvü Məmməd Məmmədov, Ağstafa Rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Turan Hüseynov, Ulu Öndərin şərəfli və zəngin həyat yolundan, dövlətçiliyə xidmətlərindən və Azərbaycan naminə göstərdiyi fədakar fəaliyyətindən geniş bəhs ediblər. Qeyd olunub ki, Ümumimilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin hər iki dövründə xalqımız, dövlətimiz və dövlətçiliyimiz üçün əvəzsiz xidmətlərini, Onun daxili və xarici siyasətini bu gün cənab Prezidentimiz İlham Əliyev böyük uğurla davam etdirir. Məmməd Məmmədov Ulu Öndərə həsr etdiyi şeirini səsləndirib.
Sənan Mustafayev Azərbaycan Ağsaqqallar Şurasının 23 aprel tarixində, Bakı şəhərində keçirilən 9-cu qurultay, Qurultayda müzakirə olunan məsələlər, hörmətli professor, Milli Məclisin Deputatı Eldar Quliyevin yenidən 5 il müddətinə Ağsaqqallar Şurasına sədr seçilməsi, Əsasnamədə edilən dəyşikliklər barədə ətraflı məlumatlar verib. Ağstafalı ağsaqqallar adından yenidən şuranın sədr seçilməsi münasibəti ilə Eldar Quliyevi təbrik edib.
Sonra Ağsaqqallar Şurası İdarə heyətinin üzvləri, Cəmaləddin Rzayev və Nəsib Hacıyevin sədrin müavinləri seçilməsi məsələsi səsə qoyulub və yekdilliklə qəbul olunub. Ağsaqqallar Şurasının üzvləri, Nakir Quliyev, Talış Tağıyevin və İlham Məmmədov isə təftiş komissiyasının üzvləri seçiliblər.
Sonda yığıncaq iştirakçıları xatirə şəkli çəkdiriblər.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki