Ağstafa şəhəri, S.Vurğun adına mədəniyyət və istirahət parkında təşkil olunmuş görüşdə RİH başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, başçının müavinləri və ağsaqqallar iştirak ediblər.
Tədbir işitrakçıları öncə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Seymur Orucov çıxış edərək bildirib ki, ulu öndər Heydər Əliyevin qurucusu və memarı olduğu müasir ölkəmizdə ağsaqqallar daim yüksək hörmət və nüfuz sahibi olmuş, bu gün də hər bir yeniyetmə və gəncin Vətənpərvərlik, milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə hörmət ruhunda tərbiyə olunmasında onların müstəsna xidmətlərinə, müdrik tövsiyələrinə istinad olunur.
Görüşdə çıxış edən rayon ağsaqqalları Şanlı Qələbəmizdən sonra Azərbaycan özünün mühüm inkişaf dövrünə qədəm qoymasına, ölkəmizdə hökm sürən ictimai-siyasi sabitliyə, əminəmanlığa, günbəgün qüdrətlənən iqtisadi gücümüz sayəsində işğaldan azad olunmuş ərazilərimizdə nəhəng infrastruktur layihələrin reallaşdırılmasına, əhalinin sosial rifah halının yaxşılaşdırılmasına görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya ağstafalılar adından dərin minnətdarlıqlarını ifadə ediblər.
Görüşdə Ağstafa rayonunda abadlıq-quruculuq, sosial-iqtisadi, ictimai, mədəni və digər sahələrdə icra olunan tədbirlər müzakirə olunub, ağsaqqalların tövsiyələri dinləinilib və əlavə fikirləri öyrənilib.