image-2-b-ismayilovbackend

Ağstafanın Muğanlı kəndindən olan Vətən müharibəsi şəhidimiz Bahaləddin İsmayılovun ailəsi növbəti dəfə doğma evində ziyarət olunub.

image-reklam_sirab_01

Bahaləddinin Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra təltif olunduğu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni atası Temraz İsmayılova təqdim olunub.
Ağstafa RİH başçısı Seymur Orucov, şəhidimizin atası və rayonun digər məsul şəxsləri, ölkəmizdə şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına göstərilən yüksək dövlət qayğısından söz açıblar. Bahaləddin haqqında əziz xatirələr bir daha yad edilərək onun elinə, obasına olan sonsuz sevgisindən, Vətən uğrunda göstərdiyi qəhrəmanlıq nümunəsindən bəhs olunub.
31.08.1999-cu ildə Muğanlıda dünyaya göz açan Bahaləddin İsmayılov Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi qulluqçusu olaraq Xüsusi Təyinatlı Qüvvələrin əsgəri kimi Vətən müharibəsində Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən şiddətli döyüşlərdə sücayət gstərib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki