AMEA-nın prezidenti akademik İsa Həbibbəyli ŞimaliKipr Türk Cümhuriyyətində fəaliyyət göstərən GirneAmerikan Universitetinin rektoru prof. Dr. SerdarYurtseverin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə çıxış edən akademik İsa Həbibbəyli son illərdəAzərbaycan ilə Şimali Kipr Türk Cümhuriyyətinin TürkDövlətləri Təşkilatı çərçivəsində sıx əməkdaşlıq etdiklərinibildirib. Qeyd edib ki, bu münasibət elmi-mədənimüstəvidə də əməkdaşlığımız üçün geniş meydan açır vəötən müddət ərzində Akademiyada keçirilən bir sıratədbirlərdə Şimali Kipr Türk CümhuriyyətininAzərbaycandakı nümayəndəsi də yaxından iştirak edib.
AMEA-nın tarixi və fəaliyyət istiqamətləri barədə məlumatverən akademik İsa Həbibbəyli ötən il Akademiyanın 80 illik yubileyinin Türk dünyasının alimlərinin də iştirakı iləyüksək səviyyədə qeyd olunduğunu, bu gün AMEA-da humanitar və ictimai elmlərin aktual problemləri, eləcə dəsüni intellektlə bağlı mühüm tədqiqatların aparıldığınısöyləyib.
Akademik İsa Həbibbəyli Milli Elmlər Akademiyasınınqeyd olunan istiqamətlərdə Girne Amerikan Universiteti iləəməkdaşlıq etməyə, birgə konfransların təşkilinə hazırolduğunu vurğulayıb.
Sonra çıxış edən Girne Amerikan Universitetinin rektoruprof. Dr. Serdar Yurtsever qonaqpərvərliyə görəminnətdarlığını bildirib. Bir sıra ali təhsil müəssisələrinintəşkilatçılığı ilə keçirilən “Türk dünyasında transformasiyavə inteqrasiya: iqtisadiyyat, siyasət və texnologiya” mövzusunda beynəlxalq konfrans çərçivəsində ölkəmizdəsəfərdə olduqlarını deyən Serdar Yurtsever AzərbaycanMilli Elmlər Akademiyası ilə də sıx əməkdaşlıq qurmaqniyyətlərini diqqətə çatdırıb.
Görüş zamanı AMEA ilə Girne Amerikan Universitetiarasında əməkdaşlıq müqaviləsinin imzalanmasına dairrazılıq əldə olunub.
Çıxışlardan sonra qarşılıqlı hədiyyələr təqdim olunub, qonaqlar AMEA-nın Rəyasət Heyətinin binası ilə tanışolublar.
Qeyd edək ki, görüşdə Girne Amerikan Universitetinin başkatibi Aylin Ayhan, rektorun müşaviri Dr. Celal Sakka, Biznesin təşkili və idarə edilməsi fakültəsinin əməkdaşı Dr. Almula Umay Karamanlıoğlu, həmçinin AMEA–nınRəyasət Heyəti aparatının Xarici əlaqələr və beynəlxalqtəşkilatlarla iş şöbəsinin müdiri dosent Esmira Əlirzayevavə İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsininmüdiri dosent Ağahüseyn Şükürov da iştirak ediblər.


























