image-reklam-veteninfo
image-fb_img_1779623069779backend

Almaniyada keçirilən karate üzrə böyüklər arasında 61-ci WKF Avropa Çempionatı çatdı – FOTOLAR

image-reklam-veteninfo

Almaniyanın Frankfurt şəhərində keçirilən karate üzrə böyüklər arasında 61-ci WKF Avropa Çempionatı uğurla başa çatdı.

20–24 may tarixlərində təşkil olunan nüfuzlu çempionatda 50 ölkədən 586 karateçi mübarizə aparırdı. Azərbaycan Karate Federasiyası yarışda geniş heyətlə təmsil olundu.

Çempionat çərçivəsində Dünya Karate Federasiyasının prezidenti Antonio Espinos ilə görüşərək Azərbaycanda karatenin inkişafı və gələcək əməkdaşlıq imkanları barədə geniş müzakirələr apardıq. Yarışda dünya şöhrətli karate ustadlarından olan, yaponiyalı 9-cu dan qara kəmər sahibi Şixan Kaqava ilə görüşümüz oldu.

Çempionat Azərbaycan karateçiləri üçün uğurla nəticələndi. Xüsusilə qadın idmançılarımız yüksək nəticə göstərdilər.
Mədinə Sadıqova 55 kq çəki dərəcəsində böyüklər arasında WKF təşkilatında Azərbaycanın ilk qadın Avropa çempionu olaraq tarix yazdı.
İrina Zaretska isə 68 kq çəki dərəcəsində bürünc medal qazandı.

Parakarate üzrə idmançılarımız — Vidadi Xaliqov, Fərrux Qaybaliyev və Aysel Əhmədli Avropa çempionatının bürünc medalçıları oldular.

Qızlardan ibarət kumite yığma komandamız da komanda yarışlarında bürünc medal qazanaraq ölkəmizə növbəti uğuru gətirdilər.(Mədinə Sadıqova,İrina Zaretska, Orucova Gülay, Əliyeva Aysu).
Oğlanlardan ibarət komandamızın bir neçə üzvü medalın bir addımlığında olsa da, bu dəfə nəticə əldə edə bilmədilər. Komandamız gənc olduğu üçün inanırıq ki, gələcək yarışlarda onların da uğurları bizləri sevindirəcək.
Azərbaycan karatesi inkişaf edir və beynəlxalq arenada sözünü deməyə davam edəcək!

Karateçilərimiz ümumi komanda hesabında Avropada 6-cı pillədə qərarlaşaraq daha bir mühüm uğura imza atdılar.

Bütün karateçilərimizi uğurlu nəticə münasibətilə təbrik edir, gələcək yarışlarda daha böyük qələbələr arzulayırıq!

image-fb_img_1779623087256image-fb_img_1779623084606image-fb_img_1779623082420image-fb_img_1779623080037image-fb_img_1779623077490image-fb_img_1779623075018image-fb_img_1779623072746image-fb_img_1779623069779




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki