image-reklam-veteninfo
image-arzuman-muradlibackend

Arzuman Muradlı: “İlham Əliyevin İrəvan zirvəsindən mesajları yeni epoxanın Anonsudur”

image-reklam-veteninfo

“Ötən gün Ermənistanda keçirilən “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısı regionun gələcək simasını müəyyən edən tarixi anlardan biri kimi yadda qaldı. Azərbaycan Prezidenti İlham Əliyevin bu toplantıya videobağlantı vasitəsilə qatılaraq etdiyi çıxış isə həm diplomatik nəzakət, həm də strateji qətiyyət baxımından yeni bir mərhələnin anonsu idi”.

Bu fikirləri Vətəninfo.az-a açıqlamasında siyasi ekspert Arzuman Muradlı bildirib. Cənab Muradlı qeyd edib ki, İrəvandan həyata keçirmək istədiyi Sülh Marşrutu, eyni zamanda rəsmi Bakının “Yeni Reallıq” diplomatatıyası İllər öncə xəyal belə edilməyən mənzərə bu gün reallığa çevrilib: “ Avropa Siyasi Birliyinin (ASB) 8-ci Zirvə toplantısı sadəcə bir diplomatik görüş deyil, Cənubi Qafqazın “geosiyasi reset” düyməsinə basıldığı andır. 8-ci Zirvə toplantısı Ermənistan üçün Avropanın yeni bir siyasi mərkəzinə çevrilməkdirsə, 30 il sonra Azərbaycan lideri Bakıdan bu məkana-bir zamanlar münaqişənin mərkəzi olan paytaxta- sülh və əməkdaşlıq mesajları ünvanlayır. Sülhün Yeni Dili: “Biz Sülhdə Yaşamağı Öyrənirik” Prezident İlham Əliyevin çıxışında ən diqqətçəkən məqam sülhün artıq bir “niyyət” deyil, “fakt” kimi təqdim edilməsi idi. Dövlət başçısının “Biz cəmi doqquz aydır ki, sülh şəraitindəyik və sülhdə yaşamağı öyrənirik” ifadəsi, əslində son otuz ilin ağrı-acısından sonra yeni bir epoxanın başladığının etirafıdır”. Siyasi ekspertin sözlərinə görə, rəsmi Bakının bu sülhə verdiyi töhfə isə təkcə sözdə deyil, rəqəmlərdə və hərəkətlərdə özünü göstərir: “Azərbaycanın 1990-cı illərdən bəri tətbiq etdiyi məhdudiyyətləri birtərəfli qaydada aradan qaldırması, Azərbaycan ərazisindən Ermənistana 28 min ton yükün daşınması və daha da önəmlisi-Ermənistana Azərbaycan neft məhsullarının (benzin və dizel) tədarükünə başlanılması. Bu, artıq “düşmənçilik” leksikonunun “ticarət və logistika” dili ilə əvəzlənməsidir. Bakı göstərir ki, güclü tərəf olaraq sülhün həm də iqtisadi memarıdır”. Arzuman Muradlı zirvə toplantısında İlham Əliyevin Avropaya Xəbərdarlığı isə, rəsmi Bakının sərt üzünün göstərməsinin vacibliyi kimi dəyərləndirir: “ Azərbaycan Prezidentin çıxışı təkcə sülh mesajlarından ibarət deyildi. O, İrəvanda toplaşan Avropa liderlərinə çox mühüm bir həqiqəti-bəzi Avropa təsisatlarının, xüsusilə Avropa Parlamenti və AŞPA-nın sülh prosesini dəstəkləmək əvəzinə, onu “sabotaj etmək” cəhdlərini xatırlatdı. Azərbaycanın ərazi bütövlüyünün istənilən digər Avropa ölkəsinin bütövlüyü ilə eyni dəyərdə olduğunu vurğulayan İlham Əliyev, İrəvan tribunasından (hətta virtual olsa belə) dünyaya ədalət dərsi keçdi. Zirvə görüşünün maraqlı detallarından biri də Azərbaycanın 2028-ci ildə bu toplantıya ev sahibliyi edəcəyinin açıqlanması idi. Daha da önəmlisi, Ermənistanın Azərbaycanın namizədliyini dəstəkləməsidir. Bu, regionun “blokada” və “izolyasiya” dövründən çıxıb, qarşılıqlı tanınma və dəstək fazasına keçdiyinin bariz sübutudur”. Siyasi ekspertin sözlərinə görə, Prezident İlham Əliyevin İrəvan sammitindəki çıxışı bir daha təsdiq etdi ki, Azərbaycan sülh gündəliyinə sadiqdir, lakin bu sülh kənar təzyiqlərlə deyil, regionun daxili dinamikası və qarşılıqlı maraqlar əsasında qurulur: “Bakı artıq sadəcə enerji resursları ilə deyil, həm də sülh ixrac edən, sabitliyi diktə edən bir güc mərkəzidir. İrəvanda keçirilən bu sammit tarixin yaddaşına “geosiyasi barışıq meydanı” kimi düşəcək. Və bu meydanda ən güclü səs yenə də reallıqları yaradan və qoruyan Azərbaycan liderinin siyasi iradəsi oldu”.

Vətəninfo.az




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki