image-reklam-veteninfo
image-1backend

Avropada nə baş verir? -Milyonlarla insan işsiz qala bilər

image-reklam-veteninfo

Sənaye avtomatlaşdırılması və elektrotexnika sahəsində dünya liderlərindən biri olan ABB-nin rəhbərinin sözlərinə görə, enerji daşıyıcılarının qiymətlərinin yüksək olması Avropanın ABŞ ilə müqayisədə rəqabət qabiliyyətini zəiflədir.

Onun fikrincə, derequlyasiya tədbirləri Brüsselə mümkün böhranın qarşısını almaqda kömək edə bilər. Bunun üçün həddindən artıq qanunvericilik məhdudiyyətlərinin aradan qaldırılması vacibdir. Belə addımlar iqtisadi artımın sürətlənməsinə və biznes mühitinin yaxşılaşmasına şərait yarada bilər.

Lakin ABB rəhbərinin sözlərinə görə, Avropa rəsmiləri bu dəyişiklikləri həyata keçirməyə kifayət qədər meyilli görünmürlər.

“Ümid edirəm ki, biz kütləvi işsizliyə səbəb olacaq daha ciddi böhranla üzləşmək məcburiyyətində qalmayacağıq. Vəziyyətin ciddiliyini anlamaq üçün belə bir ssenarinin reallığa çevrilməsinə ehtiyac olmamalıdır”, – deyə Morten Virod bildirib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki