Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti bir çox böyük qüvvələrin bölgədə süni münaqişə yaratmaq texnologiyası ilə idarə etmək sistemini dağıtdı.
Bu barədə sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Medianın İnkişafı Agentliyində keçirilən “Prezident İlham Əliyevin sülh straegiyası sabitliyin qarantıdır” mövzusunda keçirilən dəyirmi masada bildirib.
O qeyd edib ki, Azərbaycanın öz gücü ilə torpaqlarını azad edib bütün ərazisində suverenliyini bərpa etməsi bir çox mərkəzlərin planlarını pozub.
“Prezident İlham Əliyevin Zəngilanda çıxışında verdiyi mesajlar medianın da bu məsələlərə həssaslıqla yanaşmasının zəruri olduğunu göstərir”, – Tofiq Zülfüqarov bildirib.


























