31 avqust 2026. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyininmaliyyə dəstəyi ilə Azərbaycanda Yaşayan AxısxaTürklərinin “Vətən” İctimai Birliyi tərəfindən həyatakeçirilən “Azərbaycan ərazi bütövlüyü uğrunda şəhidolmuş Axısxa türkləri” layihəsi uğurla başa çatıb.
Layihənin əsas məqsədi Azərbaycan ərazi bütövlüyüuğrunda şəhid olmuş Axısxa türklərinin həyat və döyüşyolunun araşdırılması, onların qəhrəmanlığınınsənədləşdirilməsi, xatirələrinin yaşadılması və gələcəknəsillərə çatdırılması olub.
Layihənin icrası çərçivəsində 11 Axısxa türkü şəhidinhəyat və döyüş yolu ilə bağlı məlumatlar toplanıb. Şəhidlərin ailə üzvləri və yaxınları ilə görüşlər keçirilib, onların həyatına, döyüş fəaliyyətinə və göstərdikləriqəhrəmanlıqlara dair xatirələr əldə olunub. Toplanmışməlumat və foto materiallar sistemləşdirilərək layihəninəsas nəşr məhsulunun hazırlanmasında istifadə edilib.
Layihənin əsas nəticələrindən biri “Azərbaycan ərazibütövlüyü uğrunda şəhid olmuş Axısxa türkləri” kitabınınhazırlanması və çap olunmasıdır. Kitabda Azərbaycanərazi bütövlüyünün müdafiəsi uğrunda şəhid olmuş Axısxatürklərinin həyat və döyüş yolu haqqında məlumatlartoplanıb. Nəşr şəhidlərin xatirəsinin qorunması və onlarınhəyat hekayələrinin gələcək nəsillərə çatdırılması məqsədidaşıyır.
Kitabın ictimaiyyətə təqdim edilməsi məqsədilə Saatlıvə Sabirabas rayonlarında təqdimat tədbirləri keçirilib. Tədbirlərdə şəhid ailələrinin nümayəndələri, gənclər, ictimaiyyət nümayəndələri və digər iştirakçılar bir arayagəliblər. Təqdimatlar zamanı layihənin məqsədləri, kitabınhazırlanma prosesi və şəhidlərin həyat və döyüş yoluhaqqında məlumatlar təqdim olunub.
Layihənin informasiya və maarifləndirmə istiqamətində“Azərbaycan ərazi bütövlüyü uğrunda şəhid olmuş Axısxatürkləri” mövzusunda 2 internet TV verilişi hazırlanaraqyayımlanıb. Verilişlərdə layihənin məqsəd və nəticələri, kitabın hazırlanması, şəhidlərin həyat və döyüş yolu, onların Azərbaycan ərazi bütövlüyünün qorunmasıuğrunda göstərdikləri fədakarlıq barədə məlumatlarictimaiyyətə çatdırılıb.
Layihə çərçivəsində həyata keçirilən fəaliyyətlərnəticəsində 11 Axısxa türkü şəhidin həyat və qəhrəmanlıqyolu sistemləşdirilərək sənədləşdirilib, onların xatirəsininyazılı və audiovizual formada yaşadılması istiqamətindəmühüm işlər görülüb.
Layihə eyni zamanda gənclər arasında vətənpərvərlikhisslərinin gücləndirilməsinə, şəhidlərin xatirəsinəehtiramın artırılmasına və tarixi yaddaşın qorunmasınaxidmət edib. Hazırlanmış kitab və toplanmış materiallargələcəkdə maarifləndirici tədbirlər və digər ictimaitəşəbbüslər üçün istifadə oluna biləcək məlumat bazasıyaradıb.
Layihə nəticəsində Azərbaycan ərazi bütövlüyüuğrunda şəhid olmuş Axısxa türklərinin həyat vəqəhrəmanlıq yolu ictimaiyyətə çatdırılıb, onların xatirəsininqorunması və gələcək nəsillərə ötürülməsi istiqamətindəmühüm addım atılıb.


























