image-reklam-veteninfo
image-1backend

Azərbaycan və  İran xüsusi təyinatlılarının “Araz-2025” birgə təlimləri davam edir

image-reklam-veteninfo
Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələri və İranın İslam İnqilabı Keşikçiləri Korpusunun Quru Qoşunlarının Xüsusi Təyinatlı Qüvvələrinin birgə təlimlərinin ikinci günü təlimlərin açılış mərasimi ilə davam edib.
SEPAH-ın Quru Qoşunları komandanının müavini və birgə təlimlərin komandanı Vəli Mədəni təlimlərin açılış mərasimində deyib:
“Bu təlimlər iki ölkənin strateji, əməliyyat və hərbi məqsədlərinə nail olmaq üçün və Azərbaycan və İran prezidentləri arasında əldə olunan razılaşmalar əsasında keçirilir.
Keçən il birinci mərhələ İran İslam Respublikası ərazisində həyata keçirilib, bu il isə Azərbaycan Rezpublikası ərazisində də eyni qaydada həyata keçirilir”. (İranın Azərbaycandakı səfirliyinin Telegram kanalı)
Qeyd edək ki, təlimlərin hazırki mərhələsi Qarabağ ərazisində keçirilir.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki