Azərbaycan vergi üzrə Çoxtərəfli Konvensiyaya qoşulacaq.
Vətəninfo.az-ın xəbərinə görə, bu, Milli Məclisinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsinin qarşısının alınması məqsədilə Vergi Sazişi üzrə tədbirlərin həyata keçirilməsinə dair Çoxtərəfli Konvensiya“nın təsdiq edilməsi haqqında” qanun layihəsində əksini tapıb.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.