image-bez-nazvaniyabackend

“Azərbaycan “Zəngəzur dəhlizi” mövzusunu qapatmayıb” – Eks-nazir

image-reklam_sirab_01

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, Ermənistan-Azərbaycan rəsmilərinin arxada qalan Vaşinqton, Cenevrə (xarici işlər nazirlərinin görüşü), Brüssel, Praqa və Soçi görüşlərinin nəticələrini ümumiləşdirəndə bəzi qənaətlərə gəlmək olur.

Modern.az xəbər verir ki, açıq mənbələrin məlumatlarına əsaslanan T.Zülfüqarovun sözlərinə görə, Azərbaycan tərəfinin sadalanan görüşlərdən sonra aralıq nəticə olaraq, danışıqlara başlamaq üçün aşağıdakı əsas seçimləri var:

“1. “Vaşinqton sənədi”. Bu sənəddə digər maddələrlə yanaşı, Azərbaycanın ərazi bütövlüyü prinsipinə əsaslanan “Qarabağın statusu” ilə bağlı danışıqlara dair bəndin olması nəzərdə tutulur. Frenk Pallounun (ABŞ-ın ermənipərəst konqresmeni) fikrincə, söhbət keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) yeni versiyası kimi bir şeydən gedir.

2. Brüssel-Fransa konseptual bazası. O da heç bir ilkin şərt olmadan “Qarabağın statusu” ilə bağlı danışıqlara başlamağı zəruri hesab edir. Fransa Senatının qətnamə layihəsindən aydın olduğu kimi, “geniş, ola bilsin ki, ekstraterritorial səlahiyyətlərə və statusa malik humanitar missiya” nəzərdə tutulur.

3. Soçidə tərəflərə sənəd şəklində təqdim edilən “rus variantı”.

Göründüyü kimi, hər üç yanaşma praktiki olaraq eynidir və “Qarabağın statusu” ilə bağlı sonsuz və nəticəsiz danışıqları ehtiva edir”.

“Ermənistan-Azərbaycan danışıqlarında böyük dövlətlərin rəsmi Bakıya təzyiqləri davam edəcəkmi” sualına eks-nazir “bunun yalnız bir cavabı var” deyib:

“Yalnız bir cavab var – Ermənistan və onun sponsorları əmindirlər ki, onlar 1991-ci ilin “şərti sərhəd” xəttində öz mövcudluqlarını və təhlükəsizlik zəmanətlərini təmin ediblər… və Azərbaycanın Göyçə-Zəngəzur istiqamətinində cavab hərəkətləri edə bilməsi təhlükəsi aradan qaldırılıb.

Qeyd etmək istərdim ki, yuxarıda deyilənlərin hamısı bizə təklif olunanların təhlilidir və o demək deyil ki, biz bunu danışıqlar prosesinə başlamaq üçün əsas kimi qəbul etmişik. Soçidə imzalanan bəyanatdan göründüyü kimi, yuxarıda qeyd olunan variantların heç biri Azərbaycan prezidenti tərəfindən qəbul edilməyib. Üstəlik, hətta Alma-Ata Bəyannaməsində “1991-ci il sərhədi” baza xətti kimi deyil, yalnız onun əsasında duran prinsiplərə istinad kimi qeyd olunur, bu da o deməkdir ki, Azərbaycan “Zəngəzur dəhlizi” mövzusunu özünə qapalı hesab etmir. Deməli, mübarizə hələ qabaqdadır və o, həm də təkcə diplomatik deyil”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki