image-reklam-veteninfo
image-3backend

Paşinyan Azərbaycanla sülhə sadiq olduğunu təsdiqləyib  

image-reklam-veteninfo

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün daha da institutlaşdırılması istiqamətində işləməyə sadiqliyini təsdiqləyib.

Veteninfo.az-ın məlumatına görə, Ermənistanın Baş naziri bu barədə “X” sosial şəbəkəsindəki səhifəsində ABŞ Prezidenti Donald Trampın 8 avqust Vaşinqton görüşü ilə bağlı paylaşımını şərh edərkən bildirib.

“Bir daha Donald Trampa Azərbaycanla bu tarixi sazişin bağlanmasında vasitəçiliyinə görə təşəkkürümü bildirirəm – buna əvvəllər heç kim nail olmamışdı. Sülhün daha da institutlaşdırılması və TRIPP-in (Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçən 42 kilometrlik hissəsi – red.) həyata keçirilməsi üçün işə sadiq qaldığımı təsdiqləyirəm”, – N.Paşinyan yazıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki