image-reklam-veteninfo
image-ailebackend

Azərbaycanda “Ana və uşaq sağlamlığının qorunması” layihəsinə start verildi

image-reklam-veteninfo
“Qadın Hüquqlarının Himayə Mərkəzi” İctimai Birliyi Ana və Uşaq Sağlamlığının qorunması” adlı layihənin icrasına başlayıb. Layhə Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşir. Layihə fəaliyyəti çərçivəsində Ana və uşaq sağlamlığı ilə bağlı real vəziyyət öyrəniləcək, bu sahədə hökümətin qəbul etdiyi qərar və aktlar, habelə qanunvericilk səviyyəsində qəbul edilmiş qanunlar təhlil edilərək ümumiləşdiriliəcək və hazırlanmış sənəd əsasında layihə fəaliyyətində nəzərdə tutulmuş seminarlarda iştirakçılar üçün maarifləndirici təqdimatlar hazırlanacaq.

Daha sonra ilk olaraq fəaliyyət planınına uyğun olaraq iyun ayının 22-si Sabirabad və Saatlı rayonlarında, 23-də İmişli, 24-də isə Cəlilabad və Biləsuvar rayonlarında seminarlar təşkil ediləcəkdir. Seminarlarda seçilmiş regionlarda fəaliyyət göstərən Pernital mərkəz,xəstəxana, qadın məsləhətxana əməkdaşları, gənc qadınlar, bu sahəyə yaxın QHT təmsilçilərinin iştirakı planlaşdırılır.

“Qadın Hüquqlarının Himayə Mərkəzi” İctimai Birliyinin Mətbuat xidməti




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki