image-vergi_kitabbackend

Azərbaycanda yeni ədəbi ocaq yaradılıb – FOTO

image-reklam_sirab_01

Cəlilabad rayonunda yeni ədəbi ocaq yaradılıb.

Veteninfo.az xəbər verir ki, yeni ədəbi ocağın yaradılması təşəbbüsü rayonun bir sıra tanınmış qələm adamları tərəfindən irəli sürülüb.

Belə ki, ədəbi ocaqda Salam Sarvan, Mirbağır Bünyatlı, Ruslan Talıb, Elnur Nəhmət, Anar Amin, Elşad Barat və digər şəxslər yer alıb.

Qeyd olunub ki, son dövrlər Cəlilabad rayonu Azərbaycan ədəbiyyatına xeyli sayda imza bəxş edib və bu axın bu gün də davam edir.

Belə ki, bütün bunları nəzərə alaraq Cəlilabadda yaşayıb-yaradan yazarlar yeni bir ədəbi ocaq yaratmaq qərarına gəliblər.

Yaradılmış ocağın məqsədi istedadlı Cəlilabad gənclərinin üzə çıxarılması, müxtəlif ədəbi layihələrin həyata keçirilməsi və mütəmadi olaraq ölkədə, dünyada gedən ədəbi proseslərin müzakirəsini aparmaqdır.

image-fb_img_1655736082749


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki